Icma.az
close
up
RU
Vətəndaşlarımız idmanın yeniliklərindən xəbərdardırlarmı? SORĞU

Vətəndaşlarımız idmanın yeniliklərindən xəbərdardırlarmı? SORĞU

Icma.az bildirir, Sia Az portalına istinadən.

İdman, təkcə fiziki sağlamlığı qorumaq üçün deyil, eyni zamanda psixoloji rahatlıq və sosial inteqrasiya baxımından da böyük əhəmiyyət daşıyır. Müasir dövrdə oturaq həyat tərzi və texnologiyanın sürətli inkişafı insanları daha az hərəkətli olmağa vadar edir ki, bu da müxtəlif sağlamlıq problemlərinə səbəb olur. Məhz bu səbəbdən idmanın gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməsi vacibdir. Bəs vətəndaşlar bu barədə nə düşünür? Onların idmana marağı hansı səviyyədədir? SİA bu barədə vətəndaşların fikirlərini öyrəndi.

Şəhər sakini Suğra Kərimova: “Bu gün ki vəziyyətdə idmana münasibətim çox yaxşıdır. Oğlum üzgüçülüklə, qızım isə bədii gimnastika ilə məşğuldur. Hal-hazırda ikisinin də vəziyyətindən razıyam. Qızım bədii gimnastika ilə Bakı Dövlət də ödənişsiz şəkildə məşğul olur. İdman birinci növbə də sağlamlıqdır. Həmçinin mə.ğulliyətdir ki, biz vaxtımızı normal dəyərləndirə bilirik. Bununla yanaşı uşaqlar idman yarışlarına qoşulurlar, biz də buna baxırıq, gönlümüz açılır. Uşaqlarımız gələcək də bu idman növlərini davam etdirməsə də, ən azından sağlamlıqlarında, həyatlarında çox böyük əhəmiyyətə malikdir. Qızımın qabaqcadan üzgüçülüyə marağı var idi, lakin oğlum kiçik yaşlarından şahmatla məşğul olur. Məncə bütün uşaqlar bir işin axırına qədər getməsə də, mütləq şəkildə məşğul olmalıdırlar”.

Şəhər sakini Məmməd Xeyirabadov: “Son vaxtlarda Azərbaycanda idman çox inkişaf edib. Mən cüdolara, güləşçilərimizə baxıram və onları izləyirəm. Yəni idman bizdə çox yaxşı inkişaf edib, inşallah belə də davam edər. Mənim idmanımızda bəyənmədiyim xüsusiyyət ondan ibarətdir ki, xarici tranferlərin soyadlarını dəyişərək bizim soyada keçirirlər. Məncə onların ümumi adları orjinal qalsa daha yaxşı olar. Birdə bütün idman sahələrin də olan idmançıların bir-biri ilə əlaqələri çox sıx olmalıdır. Özüm isə yunan-roma güləşi üzrə təcrübəm olub”.

Şəhər sakini İradə Məcidova: “Bizim ölkə də idman yaxşı inkişaf edir. Lakin daha çox cavanılarımıza, gənclərimizə daha çox bununla bağlı maarifləndirici dərslər keçirilməlidir. Bizim vaxtımızda məktəblərin daxilində hər idman sahəsinə uyğun dərnəklər olurdu. Lakin indiki zamanda dərnəklər, idman məktəbləri olduqca uzaqdır. Uşaqları ikinci növbədən sonra artıq biz o yerlərə apara bilmirik. Yəni idman dərnəkləri uşaqların tədris aldığı məktəbin daxilində olsa çox gözəl olar”.

Şəhər sakini Nuridə Xəlilova: “Mən əvvəl idmanla məşğul olmuşam, yəni idmana marağım olduqca böyükdür. Lakin hal-hazırda uşaqlarım dərslərinə görə. İdmanla məşğul ola bilmirlər. Yəni dərsləri o qədər yükləyirlər ki, uşaqlar idmanla məşğul ola bilmirlər. Özüm əvvəllər həndbolla mə.ğul olmuşam. Oğlumun isə futbola marağı var. Lakin onu yalnız yayda idmana qoya bilirəm. Yayında bir ayı onlar məzuniyyətdə olurlar, iki ayı isə uşağım futbolla məşğul ola bilir. Qızımın isə gimnastikaya marağı böyükdür. Mənim fikrimcə isə Azərbaycanda idman çox zəif inkişaf edir”.

Şəhər sakini Məhəmməd Rüstəmov: “Azərbaycan da idman o qədər də güclü inkişaf etmiyib. Qızım əvvəl gimnastikaya gedirdi, lakin hal-hazırda heç bir idman növü ilə məşğul deyil. Özüm isə profesional cüdo ilə məşğul olurdum. Hətta öz sahəm üzərə Respublika çempionu, Bakı çempionu olmuşam. Hal-hazırda qızımın idmana o qədər də marağı qalmayıb. Ona görə də indiki vəziyyətdə onu idmana qoymağı düşünmürük”.

Şəhər sakini Fəxriyyə Nəsirova: “Mənim övladımın idmana həvəsi var, lakin hal-hazırda onu idmana qoymamışam. Qızım gimnastikanı çox sevir. əvvəllər idmanı çox sevirdim. Lakin indikji zamanda idmana baxmağa vaxtım olmadığına görə, yeniliklərdən xəbərdar deyiləm. Özüm isə idmanın voleybol sahəsini çox sevirəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Mart 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri