Icma.az
close
up
RU
Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlandı

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlandı

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı şəhərində böyük tibb müəssisələrinə müraciətlərin sayı həddindən artıq çoxdur. Ən çox müraciət olunan tibb müəssisələri - Bakı ətrafında olan Abşeron Rayon Tibb Mərkəzi, Yeni Klinika, Sabunçu Tibb Mərkəzi, Kliniki Tibbi Mərkəzdir. Həmin xəstəxanalara gündəlik müraciət sayı 3000-3500 ətrafındadır. Bu da xəstəxanalarda növbələrin yaranmasına səbəb olur
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov 2025-ci ilin yekunlarına həsr olunmuş tədbirdə AZƏRTAC- ın əməkdaşının sualını cavablandırarkən deyib.
İcraçı direktor bununla bağlı ilk hədəflərinin Yeni Klinikanın və Abşeron Tibb Mərkəzinin onlayn randevu sisteminə keçməsi ilə bağlı olduğunu deyib: "Onlayn randevu pasiyentlərə göstəriləcək tibbi xidmətin komfortunun artırılmasına gətirib çıxaracaq. Gələn ildən etibarən müraciətlərin sayının artmasını gözləyirik. Hər il xəstəxanalarda yeni çeşiddə xidmətlər daxil olur. Həmçinin gələn ilin əvvəllərində artıq Nərimanov Tibb Mərkəzinin də fəaliyyətə başlaması gözlənilir. Bu mərkəz Bakı şəhərində ən unikal xəstəxanalardan biri olacaq. Çox geniş sayda xidmətləri özündə birləşdirəcək. Ümid edirəm ki, bu mərkəz açılandan sonra digər tibb müəssisələrinə müraciətlərin sayı azalacaq".
Vüqar Qurbanov xəstəliklərlə bağlı müraciətlərin mövsümi olaraq dəyişdiyini vurğulayıb: "Hazırkı dövrdə qrip virusu ilə bağlı müraciətlər üstünlük təşkil edir. Çox sayda da ehtiyac olmayan şəkildə vətəndaşlar tərəfindən xəstəxanalara müraciətlər edilir. Bu da tibbi xidmətə ehtiyacı olan vətəndaşlarımızın növbə gözləməsinə səbəb olur. Elə vətəndaşlar var ki, üç gündən bir tibb müəssisələrinə hər hansı tibbi xidmətlə bağlı müraciət edirlər. Bir gün nevropatoloqa, iki gündən sonra kardioloqa müraciət edir. Nəticələr də onu göstərir ki, bu adamların çoxu praktiki olaraq sağlamdır. Başa düşürük ki, kimsə sağlamlığından narahatdır və bunun hansı xəstəlikdən olduğunu aydınlaşdırmaq istəyir. Ancaq belə müraciətlərin çox olması ehtiyacı olan vətəndaşlarımızın daha çox növbə gözləməsinə gətirib çıxarır. Vətəndaşlardan xahişimiz odur ki, müraciətlərini ehtiyaclarına görə etsinlər. Filan xəstəxananın yanından keçirəm, burada bir analiz verim yanaşmasını yığışdırmaq lazımdır”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Dekabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see311

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see161

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see154

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri