Icma.az
close
up
RU
Vətəndaşların hüquq və azadlıqlarının təminatçısı ŞƏRH

Vətəndaşların hüquq və azadlıqlarının təminatçısı ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını müəyyən edən, cəmiyyətin inkişaf istiqamətlərini və dövlət idarəçiliyinin fundamental prinsiplərini özündə əks etdirən ali hüquqi sənəddir. O, xalqımızın milli dövlətçilik ənənələrini, demokratik dəyərlərə bağlılığını, insan hüquq və azadlıqlarına hörmət prinsiplərini özündə birləşdirərək müasir Azərbaycan dövlətinin möhkəm hüquqi təməlini formalaşdırmışdır.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin tarixində mühüm hadisə olmuşdur. Müstəqilliyin bərpasından sonra yeni dövlət quruculuğu mərhələsinə qədəm qoyan Azərbaycanın qarşısında demokratik, hüquqi və dünyəvi dövlət modelinin formalaşdırılması kimi mühüm vəzifə dayanırdı. Məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya bu vəzifələrin həyata keçirilməsi üçün etibarlı hüquqi zəmin yaratdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konstitusiyanın tarixi əhəmiyyətini yüksək qiymətləndirərək qeyd etmişdir: “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır”.

Konstitusiyanın qəbul edilməsi Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas mərhələlərindən birini təşkil etməklə dövlət hakimiyyətinin təşkilinin, qanunvericilik sisteminin və ictimai münasibətlərin hüquqi çərçivəsini müəyyənləşdirdi. Bu sənəd insan hüquq və azadlıqlarının ali dəyər kimi tanınmasını, hakimiyyət bölgüsü prinsipinin tətbiqini, qanunun aliliyinin təmin edilməsini dövlətin əsas vəzifələri sırasına daxil etdi.

Konstitusiya dövlətin siyasi, iqtisadi və sosial inkişafının əsas hüquqi təminatıdır. Ölkədə həyata keçirilən islahatların, dövlət proqramlarının və strateji inkişaf məqsədlərinin hüquqi əsasını məhz Konstitusiyanın müəyyən etdiyi prinsiplər təşkil edir. Dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə qollarına bölünməsi, onların qarşılıqlı fəaliyyəti və səlahiyyətlərinin müəyyənləşdirilməsi demokratik idarəetmə sisteminin formalaşmasına xidmət edir.

Azərbaycanın son illərdə əldə etdiyi siyasi, iqtisadi və sosial nailiyyətlər, beynəlxalq nüfuzunun yüksəlməsi, müasir infrastrukturun yaradılması və regionların davamlı inkişafı güclü hüquqi bazanın əhəmiyyətini bir daha nümayiş etdirir. Hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən ardıcıl tədbirlər ölkədə sabitliyin, ictimai-siyasi həmrəyliyin və vətəndaşların dövlətə inamının möhkəmlənməsinə mühüm töhfə verir.

Bu gün Azərbaycan yeni inkişaf mərhələsini yaşayır. Ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpa olunması ölkəmizin qarşısında yeni imkanlar və vəzifələr açmışdır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, Böyük Qayıdış Proqramının həyata keçirilməsi, həmin ərazilərdə müasir yaşayış məntəqələrinin salınması və sosial infrastrukturun yaradılması dövlətimizin gücünü, iqtisadi potensialını və gələcəyə yönəlmiş inkişaf strategiyasını nümayiş etdirir. Bütün bu proseslərdə Konstitusiyanın müəyyən etdiyi hüquqi prinsiplər mühüm istiqamətverici rol oynayır.

Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının, azadlıqlarının və onların təminatlarının geniş şəkildə təsbit olunması demokratik dövlət quruculuğunun əsas göstəricilərindəndir. Konstitusiyaya əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hər bir vətəndaşın yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq, təhsil, əmək, mülkiyyət, sosial təminat, fikir və söz azadlığı, vicdan azadlığı və digər fundamental hüquqları Konstitusiya ilə qorunur. Eyni zamanda, qanun qarşısında bərabərlik prinsipi hər kəsin hüquq və azadlıqlarının ayrı-seçkilik olmadan təmin edilməsinə hüquqi zəmanət yaradır.

Vətəndaş hüquqlarının qorunması yalnız qanunvericilikdə təsbit olunmaqla məhdudlaşmır. Bu hüquqların real həyatda təmin edilməsi, insanların sosial rifahının yüksəldilməsi, keyfiyyətli təhsil və səhiyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, sosial müdafiənin gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Azərbaycan dövlətinin həyata keçirdiyi sosialyönümlü siyasət də məhz insan amilinə verilən yüksək dəyərin ifadəsidir.

Bununla yanaşı, hər bir vətəndaş öz hüquq və azadlıqları ilə yanaşı, Konstitusiya və qanunlarla müəyyən edilmiş vəzifələrini də dərk etməli, dövlətə və cəmiyyətə münasibətdə məsuliyyətli mövqe nümayiş etdirməlidir. Qanunlara hörmət, milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinə sədaqət və ictimai məsuliyyət hüquqi cəmiyyətin formalaşmasının vacib şərtləridir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur”.

Bu gün Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin, dövlət suverenliyimizin, milli birliyimizin və hüquqi dövlət quruculuğunun əsas təminatlarından biri kimi öz tarixi missiyasını davam etdirir. Onun prinsiplərinə hörmət və əməl olunması hər bir vətəndaşın vəzifəsi olmaqla yanaşı, ölkəmizin gələcək inkişafı üçün də mühüm əhəmiyyət daşıyır.

Nəticə etibarilə, Konstitusiya yalnız hüquqi normaları özündə birləşdirən sənəd deyil, həm də müstəqil Azərbaycanın gələcəyini müəyyənləşdirən, dövlətlə vətəndaş arasında münasibətləri tənzimləyən, hüquq və azadlıqları qoruyan fundamental dəyərdir. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin mühüm tərkib hissəsi olan bu tarixi sənədin prinsiplərinin qorunması və yaşadılması hər birimizin üzərinə düşən məsuliyyətli və şərəfli vəzifədir.

Anar Alışov

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Noyabr 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri