Icma.az
close
up
RU
Vətəndaşların da gəlirləri artmağa başlayır ŞƏRH EDİLDİ

Vətəndaşların da gəlirləri artmağa başlayır ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Daşınmaz əmlak bazarında qiymətlər, xüsusilə də mənzillərin qiyməti artıb". Bu sözləri SİA-ya açıqlamasında Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

O bildirib ki, bu artım kirayə bazarının qiymətlərinə də təsirsiz ötüşmür: "Bəzi vətəndaşlar biznes üçün yol seçiblər. Elə mənzillər var ki, onları alıb kirayə verirlər. Bu zaman da vətəndaşlar bank faizləri ilə uyğunlaşma aparırlar. Məsələn, bu gün bank faizləri ortalama 5%-dən yuxarı, 8, hətta 10% aralığındadır. Bu, o deməkdir ki, yüz min manata daşınmaz əmlak alan şəxs ən azı oradan illik olaraq 10 min manat gəlir götürmək istəyir. 100 min manat civarında olan mənzillərin kirayə qiyməti ortalama 500 manat təşkil edir. Bu da o deməkdir ki, təxminən 6 min manat gəlir əldə olunur. Bu səbəbdən mənzillərin qiymətinin artması, hətta bir otaqlı mənzillərin belə 100 min manatı keçməsi kirayə verənləri də sövq edir ki, kirayə qiymətlərini dəyisdirsin.

Daşınmaz əmlakın qiymətinin artımı kirayə bazarının qiymətinə də təsir edir. İkinci məsələ odur ki, tədricən ucuz mənzillər bazardan çıxmaq üzrədir. Köhnə tikili olan binaların sökülməsi, onun yerində yeni çoxmənzilli binaların inşa olunması bazara daha bahalı olan mənzillərin təklif olunmasıdır. Məlum olduğu kimi köhnə tikililərlə müqayisədə yeni tikililərin qiymətləri bazar dəyərinə uyğun olaraq daha bahadır. Təxminən köhnə tikililərdə qiymətlər birotaqlı üçün təxminən 400 manat təşkil edirsə, yeni tikililərdə bu qiymət minimum 500 manatdan yuxarı təklif olunur. İkinci səbəb odur ki, tədricən bazardan ucuz mənzillərin çıxması və yerinə daha bahalı mənzillərin gəlməsidir.

Üçüncü əsas səbəblərdən biri də budur ki, vətəndaşların da gəlirləri artmağa başlayır. Əmək haqqlarında da dəyişikliklər olunur. Bu, daşınmaz əmlak bazarına, xüsusilə də, kirayə bazarına təsirsiz ötüşmür. Bu da qiymətlərin artmasına səbəb olur.

Dördüncü və ən əsas faktorlardan biri də tələbin təklifi üstələməsidir. Yəni bu gün kirayəyə olan tələb təklifi bir neçə dəfə üstələyir. İki-üç dəfə bu gün tələb daha yüksəkdir. Bu səbəbdən də təklif az olduğu üçün tələb isə çox olduğu üçün qiymətlər artmaqda davam edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Aprel 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri