Icma.az
close
up
RU
Vətənə sevdalanan Elmar

Vətənə sevdalanan Elmar

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Biləsuvar rayonu, Ağalıkənd kəndində boya-başa çatan Elmar Şahin oğlu Mirzəyev həyatı dərk edəndən ilahi bir sevgi ilə Vətəninə bağlanıb. Elə onu ömrünün 25 ilində şəhidlik zirvəsinə aparan bu bağlılıq olub.

Elmarın yurduna erməni dığaları dadandığı üçün heç cür rahatlıq tapa bilmirdi. Torpağına sahib durmaq, müqəddəsliyinə tapındığı Vətəninə sipər olmaq arzusu ilə orta məktəbi bitirib. Peşə seçiminə gələndə isə hərb sənətini hər şeydən üstün bilib. Vətənin ağır günündə bu sənətinin daha çox vacibliyini yaxşı dərk edib. Odur ki, 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Torpaqların azadlığını düşünməklə layiqli bir hərbiçi olub üçün dərslərə, təlimlərə ürəklə yanaşıb, vacib olanları mükəmməl öyrənməyə çalışıb. 2016-ci ildə məktəbi yüksək səviyyədə başa vurub və leytenant hərbi rütbəsi alıb. Birinci amalı yağıdan qisas almaq olan gənc leytenant cəbhə bölgəsində doğma Azərbaycanın keşiyində durub.

Çətinliklərə baxmayaraq, amma bütün işlərində Vətən sevgisi ona uğur qazandırıb. Fədakarlıq, mərdlik Elmarın həyat fəlsəfəsinə dönüb. Yuxarı komandirlərin tapşırıqlarını vicdanla, məsuliyyətlə yerinə yetirib, əsgərlərinə düşmənə nifrət, Vətənə, torpağa sevgi hisslərini aşılayıb. Bir sözlə, Elmarın peşəsinə məhəbbəti, hərbiçi qətiyyəti, nümunəvi xidməti onu baş leytenant rütbəsinə qədər ucaldıb və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalına layiq görülüb.Bütün bunlarla Elmarın Vətənlə döyünən ürəyindı bir istəyi olub: erməni işğalçılardan əzəli yurd yerimizi- Qarabağı azad etmək, sülh və azadlıq rəmzi olan üç rəngli bayrağımızı Şuşanın ən hündür yerində sancmaq.

Bəli, 2020-ci ilin sentyabrında qeyrətli oğullar kimi, onun da gözlədiyi gün gəlib yetişib. Vətən öz doğma övladlarını çağıranda baş leytenant Elmar müharibə ölüm-itim olsa da, dərhal sevinclə, qürurla yağıya qarşı döyüşə girib və hər qarış torpaqdan ötrü son damla qanınadək vuruşmağı özünə müqəddəs borc sayıb. Ən qaynar nöqtələrdə, qeyri-bərabər döyüşlərdə düşmənə çoxlu itkilər verib. Murovdağın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən vuruşlarda xüsusi igidlik göstərib. Ən ağır saatlarda belə geri çəkilməyib. Öndə olmaqla komandir olduğu döyüşçüləri də qələbəyə aparıb.

Oktyabrın 15-si baş leytenantın son döyüş günü olub. O, Vətən torpaqların azadlığını düşünərək Füzuli uğrunda gedən ölüm-dirim savaşlardan növbətisinə qatılıb. Erməni dığalarına adəti üzrə yenə qan uddurub. Mərdliyi, qəhrəmanlığı döyüş yoldaşlarına nümunə olub. Qaldı ki, özü də düşmən gülləsinə tuş gəlib. Axır sözündə” Vətən “ – deyib ədədi olaraq gözlərini yumub. Cismi torpağa köçən zəfər şəhidin ruhu, ölməz xatirəsi isə xalqın qəlbində özünə yer edib. Həmçinin canından artıq sevdiyi Azərbaycanda əbədi sevgi sahibi olmaqla dövlət tərəfindən də ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, Xocavəndin, Cəbrayılın, Füzulinin, Kəlbəcərin azadlığı uğrunda medallara layiq görülüb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Mart 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see314

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see256

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see242

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see231

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see228

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see215

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see212

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see204

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see187

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see184

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see172

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see171

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see167

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri