Icma.az
close
up
RU
Vətənə sevdalanan Elmar

Vətənə sevdalanan Elmar

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Biləsuvar rayonu, Ağalıkənd kəndində boya-başa çatan Elmar Şahin oğlu Mirzəyev həyatı dərk edəndən ilahi bir sevgi ilə Vətəninə bağlanıb. Elə onu ömrünün 25 ilində şəhidlik zirvəsinə aparan bu bağlılıq olub.

Elmarın yurduna erməni dığaları dadandığı üçün heç cür rahatlıq tapa bilmirdi. Torpağına sahib durmaq, müqəddəsliyinə tapındığı Vətəninə sipər olmaq arzusu ilə orta məktəbi bitirib. Peşə seçiminə gələndə isə hərb sənətini hər şeydən üstün bilib. Vətənin ağır günündə bu sənətinin daha çox vacibliyini yaxşı dərk edib. Odur ki, 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Torpaqların azadlığını düşünməklə layiqli bir hərbiçi olub üçün dərslərə, təlimlərə ürəklə yanaşıb, vacib olanları mükəmməl öyrənməyə çalışıb. 2016-ci ildə məktəbi yüksək səviyyədə başa vurub və leytenant hərbi rütbəsi alıb. Birinci amalı yağıdan qisas almaq olan gənc leytenant cəbhə bölgəsində doğma Azərbaycanın keşiyində durub.

Çətinliklərə baxmayaraq, amma bütün işlərində Vətən sevgisi ona uğur qazandırıb. Fədakarlıq, mərdlik Elmarın həyat fəlsəfəsinə dönüb. Yuxarı komandirlərin tapşırıqlarını vicdanla, məsuliyyətlə yerinə yetirib, əsgərlərinə düşmənə nifrət, Vətənə, torpağa sevgi hisslərini aşılayıb. Bir sözlə, Elmarın peşəsinə məhəbbəti, hərbiçi qətiyyəti, nümunəvi xidməti onu baş leytenant rütbəsinə qədər ucaldıb və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalına layiq görülüb. Bütün bunlarla Elmarın Vətənlə döyünən ürəyindı bir istəyi olub: erməni işğalçılardan əzəli yurd yerimizi- Qarabağı azad etmək, sülh və azadlıq rəmzi olan üç rəngli bayrağımızı Şuşanın ən hündür yerində sancmaq.

Bəli, 2020-ci ilin sentyabrında qeyrətli oğullar kimi, onun da gözlədiyi gün gəlib yetişib. Vətən öz doğma övladlarını çağıranda baş leytenant Elmar müharibə ölüm-itim olsa da, dərhal sevinclə, qürurla yağıya qarşı döyüşə girib və hər qarış torpaqdan ötrü son damla qanınadək vuruşmağı özünə müqəddəs borc sayıb. Ən qaynar nöqtələrdə, qeyri-bərabər döyüşlərdə düşmənə çoxlu itkilər verib. Murovdağın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən vuruşlarda xüsusi igidlik göstərib. Ən ağır saatlarda belə geri çəkilməyib. Öndə olmaqla komandir olduğu döyüşçüləri də qələbəyə aparıb.

Oktyabrın 15-si baş leytenantın son döyüş günü olub. O, Vətən torpaqların azadlığını düşünərək Füzuli uğrunda gedən ölüm-dirim savaşlardan növbətisinə qatılıb. Erməni dığalarına adəti üzrə yenə qan uddurub. Mərdliyi, qəhrəmanlığı döyüş yoldaşlarına nümunə olub. Qaldı ki, özü də düşmən gülləsinə tuş gəlib. Axır sözündə” Vətən “ – deyib ədədi olaraq gözlərini yumub. Cismi torpağa köçən zəfər şəhidin ruhu, ölməz xatirəsi isə xalqın qəlbində özünə yer edib. Həmçinin canından artıq sevdiyi Azərbaycanda əbədi sevgi sahibi olmaqla dövlət tərəfindən də ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, Xocavəndin, Cəbrayılın, Füzulinin, Kəlbəcərin azadlığı uğrunda medallara layiq görülüb.

Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Fevral 2026 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri