Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Vətənin keşiyində sözüylə dayanan qələm insanı

Vətənin keşiyində sözüylə dayanan qələm insanı

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tanınmış yazıçı və jurnalist Bahəddin Həzinin ömür yolu – zamanın sınağından keçən yazşçı-jurnalistin həyat salnaməsi( Dosta gecikmiş yubiley təbriki)

Azərbaycan mətbuatının keşməkeşli, bəzən tufanlı, bəzən də ümidli yollarından keçərək bu günümüzə gəlib çatan simalar var ki, onların adı sadəcə peşəkar fəaliyyətlə deyil, həm də bir dövrün mənəvi pasportu kimi tarixə yazılır. Belə simalardan biri də yazıçı, publisist, jurnalist Bahəddin Həziyev – oxucuların yaxşı tanıdığı Bahəddin Həzidir. Onun ömür yolu yalnız bir fərdin taleyi deyil – bu yol həm də Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin, söz azadlığının, milli düşüncənin və vətəndaş cəsarətinin bədii salnaməsidir.

1965-ci ilin 28 aprelində Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində dünyaya göz açan Bahəddin Həzini taleyin hansı böyük yolların yolçusu edəcəyini o zaman heç kəs bilə bilməzdi. Lakin kənd mühitinin saf ruhu, torpaqla bağlılıq, insanın öz kökünə sədaqəti onun gələcək yaradıcılığının mənəvi təməlini formalaşdırdı. Hələ məktəb illərindən qələmə sarılan gənc Bahəddin, ilk yazıları ilə mətbuat aləminə addım atarkən, əslində, öz həyat missiyasını da müəyyənləşdirirdi: həqiqəti yazmaq, susmamaq, görüb keçməmək. Bu kənddən başlayan– sözə, həqiqətə doğru uzanan çətin bir yol idi…

Mübarizə illəri – sözün silaha çevrildiyi zaman

1980-ci illərin sonu – 1990-cı illərin əvvəlləri Azərbaycanın tarixində dönüş nöqtəsi idi. Bu dövrdə Bahəddin Həzi yalnız jurnalist deyildi; o, həm də milli azadlıq ideyalarının daşıyıcısı, meydanların, tribunaların səsinə çevrilmiş bir ziyalı idi.  Müstəqilliyimizin fəal  qurucularından biri kimi onun fəaliyyəti, 20 Yanvar faciəsindən sonra qeyri-leqal mətbuatın hazırlanmasında iştirakı sadəcə bioqrafik faktlar deyil - Bunlar cəsarətin, riskin, əqidənin təcəssümüdür. O illərdə yazılan hər cümlə  güllə effekti qədər təsirli idi. Və Bahəddin Həzi də həqiqət naminə sözlərini-fikirlərini  güllələrə çevirərək atırdı.

Cəbhədən gələn səslər – jurnalistikanın ön xətti

Qarabağ müharibəsinin ilk mərhələsində hərbi müxbir kimi cəbhə bölgələrindən hazırladığı reportajlar onun jurnalistikaya yanaşmasının ən bariz nümunəsidir. O, hadisələri kabinetdən deyil, odun-alovun içindən yazan jurnalistlərdən idi. Bu yazılar yalnız informasiya deyil, həm də tarix idi. O tarix ki, qanla yazılırdı və qələm onu gələcəyə daşıyırdı.

Peşəkar jurnalistikanın zirvələri

Bahəddin Həzinin fəaliyyəti “Xəzər” jurnalından başlayaraq “Turan” agentliyi, “Azadlıq” qəzeti, “Çağ” nəşri və beynəlxalq səviyyədə “Azad Avropa/Azadlıq” radiosuna qədər uzanan geniş və zəngin bir yol xəritəsidir. Bu yolun hər mərhələsində o, işləməyib – yaradıb, formalaşdırıb, istiqamət verib. Sonrakı illərdə “Bizim Yol” qəzetinin baş redaktoru və “Bizimyol.info” saytının təsisçisi kimi fəaliyyəti isə müasir Azərbaycan mediasında onun imzasını daha da möhkəmləndirdi. Bu platformalar vasitəsilə o, sözün müstəqilliyini, fikir azadlığını və ictimai məsuliyyəti qorumağa davam edir.

Ədəbi yaradıcılıq – publisistikadan bədii düşüncəyə

Bahəddin Həzi yalnız jurnalist deyil, həm də incə ruhlu yazıçıdır. Onun “Ölümcül həqiqətlər” və “Göyün cazibə qüvvəsi” kimi əsərləri oxucunu düşündürən, silkələyən, daxili aləminə enməyə məcbur edən nümunələrdir. Onun esselərində həyatın paradoksları, insanın tənhalığı, cəmiyyətin ziddiyyətləri ustalıqla əks olunur. “Qutu”, “Ortalıq”, “Kənar şəxslərin girişi qadağandır” kimi yazılar müasir publisistikanın dərin qatlarını açan mətnlərdir. Bu yaradıcılığı ilə O,  bir daha sübut edir ki, əsl jurnalist həm də filosofdur – o, yalnız yazmır, həm də düşünür və düşündürür.

Tanınma və dəyər – əməyin bəhrəsi

Uzun illərin zəhməti, prinsipial mövqeyi və peşəkarlığı Bahəddin Həzini Azərbaycan mediasının sayılıb-seçilən simalarından birinə çevirib. “Əməkdar jurnalist” fəxri adı, “Həsən bəy Zərdabi” mükafatı, Ali Media Mükafatı,  təşəkkürnamələr və fəxri diplomlar – bunlar onun fəaliyyətinə verilən rəsmi qiymətdir. Amma bəlkə də ən böyük mükafat oxucunun etimadı, cəmiyyətin hörmətidir.

Sözün məsuliyyəti və zamanın sınağı

Bu gün informasiya bolluğu dövründə həqiqəti qorumaq daha çətindir. Səs çoxdur, amma söz azdır. Belə bir zamanda Bahəddin Həzi kimi jurnalistlərin mövcudluğu bir məktəb, bir örnəkdir. Onun fəaliyyəti bizə xatırladır ki: Söz – sadəcə yazı deyil. Söz – qəti mövqedir.

Söz – məsuliyyətdir.  Söz – əməldir, tarixdir.

Təbrik və ehtiram

Hörmətli Bahəddin müəllim!  Sizin ömür yolunuz bir qələm adamının necə böyük bir missiya daşıya biləcəyinin canlı sübutudur. Siz zamanın sərt sınaqlarından keçərək sözün ləyaqətini qoruyan, həqiqətin yanında dayanan, cəmiyyətin vicdanını ifadə edən nadir ziyalılardansınız. Sizi həm keçən ilki 60 illik yubiley yaşınız, həm də bu ilki, bu günkü ad gününüz münasibətilə ürəkdən TƏBRIK edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları, bitməyən enerji və tükənməz ilham arzulayıram!

Qoy qələminiz həmişə düzgün, kəskin yazsın, sözünüz həmişə aydın, qiymətli,  yolunuz həmişə yaşıl işıqlı olsun! Əminəm ki, Sizin kimi insanlar olduğu müddətdə

SÖZ susmayacaq, HƏQİQƏT itməyəcək, MEDIAMIZ daha da dəyərli olacaqdır!

Əlövsət Qaraca Əliyev

Müəllif: Azərbaycan İnformasiya və Cəmiyyət İctimai Birliyinin (AzİSA) rəhbəri, professor Əlövsət Qaraca ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 28 Aprel 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see463

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see290

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see276

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see212

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see211

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see210

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see208

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see203

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see198

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see198

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see198

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see197

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see195

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see194

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see194

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see191

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see191

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see190

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see190

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri