Icma.az
close
up
RU
Vətənin keşiyində dayanan xanımlar

Vətənin keşiyində dayanan xanımlar

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Hərbi tibb fakültəsinin qız tələbələri oğlanlardan geri qalmadıqlarına əmindir
Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsi artıq 26 ildir ki, fəaliyyət göstərir və ölkəmizdə hərbi tibbi kadrların hazırlanması üzrə yeganə ali təhsil müəssisəsi kimi mühüm rol oynayır.
Bu illər ərzində minlərlə yüksəkixtisaslı mütəxəssis hazırlanaraq, ölkəmizin güc strukturlarının tibb müəssisələrində xidmətə göndərilib.
Bizim.Media xəbər verir ki, fakültənin davamlı və məqsədyönlü fəaliyyəti, müasir tələblərə uyğun kadr hazırlığı və peşəkar müəllim heyəti gənclər arasında bu ixtisasa marağın ildən-ilə artmasına səbəb olub.
 

Hərbi tibb sahəsi həm tibbi bilik, həm də hərbi intizam tələb etdiyindən, bu fakültəyə daxil olan gənclər gələcək fəaliyyətlərinə böyük məsuliyyətlə yanaşırlar.


Ötən il avqustun 1-də yayımlanan rəsmi elan isə fakültənin tarixində yeni və əlamətdar mərhələnin başlanğıcı oldu. İlk dəfə olaraq fakültəyə qızların da qəbulunun həyata keçiriləcəyi ictimaiyyətə açıqlandı, qadınların hərbi tibb sahəsində iştirakının genişləndirilməsi istiqamətində mühüm addım atıldı.
Bu qərar cəmiyyət tərəfindən böyük maraqla qarşılandı və qəbul zamanı nəticələr gözləniləndən də yüksək oldu. Çoxsaylı xanım abituriyent hərbi tibb ixtisasını seçərək sənədlərini təqdim etdi və müsabiqədən uğurla keçərək tələbə adını qazandı.
Hazırda I kursda təhsil alan qız tələbələrin fikirlərini, eləcə də bu sahəyə olan maraqlarını öyrənmək məqsədilə onlarla həmsöhbət olduq.
625A-1b qrupunun tələbəsi Asiman Qasımova qəbul imtahanında 626,5 bal toplayıb. Universitetdə keçirilən sessiya imtahanlarında da yüksək nəticələr göstərir.
Bildirir ki, Dövlət İmtahan Mərkəzi nəticələri açıqladıqdan sonra Hərbi tibb fakültəsinə qızların da qəbul olunduğunu öyrənib.
Daha sonra yuxarı kurs tələbələri ilə məsləhətləşərək fakültə haqqında ətraflı araşdırmalar aparıb və bunun məhz xəyal etdiyi ixtisas olduğunu anlayaraq yekun qərarını verib:
“Bu fakültəyə öz istəyimlə daxil olmuşam və hesab edirəm ki, bu, çox şərəfli bir peşədir. Hər hansı ciddi çətinliklə üzləşəcəyimi düşünmürəm, çünki xanımlar mənəvi və psixoloji baxımdan dözümlüdürlər. Çətin vəziyyətlərdə həm düzgün qərar verə, həm də yaranan çətinliklərə tab gətirə bilərlər. Həkimlik isə cinsindən asılı olmayaraq hər kəs üçün şərəfli bir peşədir”.
625A-1a qrupunun tələbəsi Tükəzban Zalova 667,6 balla fakültəyə daxil olub və sessiya imtahanlarında yüksək göstəricilərlə fərqlənir.
O bu ixtisasa marağının əsas səbəblərindən birini atasının hərbçi olması ilə əlaqələndirir.
Ailəsində hərbi sahəyə, vətənpərvərliyə xüsusi önəm verildiyini vurğulayan Tükəzban, bu dəyərlərin onun seçimində mühüm rol oynadığını bildirir:
“Hərbi sahəni yaxından araşdırdıqca, bu peşəyə olan heyranlığım artdı. Azərbaycan tarixində Tomris, Natəvan, Sara Xatun kimi qadın simalar var və biz onların nəslindən gəlirik. Hərbçi olmaq qadınlar üçün niyə tərəddüd doğurmalıdır? Əksinə, bu sahəni tanıdıqca marağımız daha da artır”.
Tükəzban qeyd edir ki, hərbi tibb iki müqəddəs peşəni - həm həkimliyi, həm də hərbçiliyi özündə birləşdirir. Onun fikrincə, fiziki güc baxımından kişilər üstün görünə bilər, lakin emosional dözümlülük və çətin anlarda ani qərarvermə baxımından qadınlar heç də geri qalmır.
625A-4a qrupunun tələbəsi Nurtac Məmmədova qəbul imtahanında 582,5 bal toplayıb. Deyir ki, hərbi sahəyə marağı uşaqlıqdan formalaşıb.
Əvvəllər polis olmağı planlaşdırsa da, bu mümkün olmadıqdan sonra hərbi tibb ixtisasını seçib və seçimindən qürur duyur:
“Vətən bizi cinsə bölmədiyi üçün onu qorumaqda da cins bölgüsü görmürəm. Biz iki müqəddəs peşəni birləşdiririk - həm həkimik, həm də hərbçi. İnsanlara həyat bəxş edir, eyni zamanda vətəni müdafiə edirik. Çətin anlarda isə özümüzü toparlamağı bacaracağımıza tam əminəm”.
625A-5a qrupunun tələbəsi Qamze Keçeli qəbul imtahanında 594 bal toplayıb və həmçinin universitetdə keçirilən sessiya imtahanlarında da yüksək nəticələr göstərir. Həkim olmaq uşaqlıqdan onun ən böyük arzusu olub. Atası vaxtilə hərbçi olmaq istəsə də, buna nail ola bilməyib.
Qamze hərbi tibb seçiminin onun üçün xüsusi məna daşıdığını vurğulayır:
“Həm uşaqlıqdan həkim olmaq arzumu, həm də atamın hərbçi olmaq arzusunu reallaşdırıram”.
625A-4b qrupunun tələbəsi Səkinə Nağıyeva da yüksək balla – 584,8 balla fakültəyə qəbul olunub və hazırda da yaxşı nəticələrlə fərqlənir. Bildirir ki, 11-ci sinifdən etibarən ixtisas seçimi üzərində düşünməyə başlayıb. Əslində müalicə-profilaktika ixtisasını seçmək istəsə də, əmisinin tövsiyəsi ilə hərbi tibbə yönəlib: “Razılaşdım və qəbul olundum. Seçimimdən qətiyyən peşman deyiləm”.
 

Tələbə qızların hər biri gələcəkdə fəaliyyətlərini seçdikləri ixtisas üzrə - hərbi tibb sahəsində davam etdirmək niyyətində olduqlarını bildirir. Onlar bu yolu seçmək istəyən qızlara tərəddüd etməməyi, öz arzularına inanmağı və qərarlarında qətiyyətli olmağı tövsiyə edirlər. Çünki bu seçim yalnız peşə deyil, eyni zamanda vətənə xidmət missiyasıdır.


Onların fikrincə, “hərbi peşə çətindir” və ya “əsasən oğlanlara aiddir” kimi yanaşmalar reallığı əks etdirmir. Əsas meyarlar peşəyə maraq, məsuliyyət hissi və bu sahədə çalışmağa hazır olmaqdır. Qızlar öz ailələrinin tam dəstəyini də xüsusi vurğuladılar.
Sonda isə demək olar ki, Hərbi tibb fakültəsində qızların təhsil alması sadəcə bir yenilik deyil, gələcəyə yönəlmiş mühüm və strateji addımdır. Bu gün auditoriyalarda bilik qazanan bu gənc xanımlar sabah həm peşəkar həkim, həm də Vətənə sadiq hərbi tibb mütəxəssisi kimi Azərbaycan Silahlı Qüvvələrinin inkişafına layiqli töhfələr verəcəklər.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:498
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Yanvar 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see353

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see314

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see278

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see272

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see270

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see254

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see254

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see251

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see238

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see236

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see228

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see224

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see222

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see221

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see214

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see212

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see210

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see210

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see188

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri