Icma.az
close
up
RU
Veteran futbolçu: İnanıram ki, yenidən Göyçə gölünün sahilində dincələcək, buz kimi bulaqlardan su içəcəyik AZƏRTAC

Veteran futbolçu: İnanıram ki, yenidən Göyçə gölünün sahilində dincələcək, buz kimi bulaqlardan su içəcəyik AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 dekabr, AZƏRTAC

“İnanıram ki, biz bir gün uşaqlığımıza qayıdacaq, qəlbimizdəki Qərbi Azərbaycan həsrətinə son qoyacağıq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Ramiz Hüseynov deyib.

Göyçə mahalının Çəmbərək rayonunun Ardanış kəndində anadan olduğunu söyləyən 44 yaşlı keçmiş yarımmüdafiəçi həmin günləri çox gözəl xatırladığını deyib: “Mənim uşaqlığım bu torpaqlarda keçib, o ab-hava ilə böyümüşəm. Kəndimizlə bağlı xoş xatirələrim çoxdur. Gözəl günlərimiz olub. 2-ci sinfə kimi Ardanış kəndində yerləşən məktəbdə oxumuşam. Daha sonra qaçqınlıq həyatı başladı və biz doğma el-obamızı tərk edib Bakıya köçmək məcburiyyətində qaldıq. Həmin dövrlər uşaq olmağıma baxmayaraq, kəndimizin yolları, cığırları, oradakı həyat tərzimiz, demək olar ki, hər şey dünən kimi yadımdadır. Çəmbərək də, Bakı da bizim Vətənimizdir. Birini digərindən ayırmıram. Bütün bölgələrimiz doğmadır. Amma sözsüz ki, doğulub boya-başa çatdığım Qərbi Azərbaycan torpaqları mənim üçün daha əzizdir”.

O, Qərbi Azərbaycana qayıtmaqla bağlı ümidlərinin heç vaxt ölmədiyini, əksinə inamının günü-gündən artığını vurğulayıb: “Prezident İlham Əliyev xalqımızın ürəyində sağalmayan yaraya çevrilmiş 30 illik Qarabağ həsrətini cəmi 44 gün ərzində bitirdi. Biz ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimizə borcluyuq. Şükürlər olsun ki, işğal altında olan torpaqlarımız geri qayıtdı. Dövlət başçımıza və Ordumuza inanırıq. Prezident İlham Əliyevin inamlı çıxışlarından sonra içimizdə Qərbi Azərbaycana qayıdacağımızla bağlı əminlik yaranıb. Həmişə uşaqlarla söhbət edəndə də bunu təkrar edirəm. İnanıram ki, yenidən oraya gedib futbol oynayacaq, Göyçə gölünün sahilində dincələcək, buz kimi bulaqların suyundan içəcəyik. O torpaqlara qayıtmaq ümidi bizdə var. Ümidimiz heç vaxt ölməyib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Dekabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri