Icma.az
close
up
RU
Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi Yeni Gündəm

Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi Yeni Gündəm

Icma.az, Yenigundem portalına istinadən məlumat verir.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) ölkəmizə daha bir xarici investisiyanın cəlbinə nail olub. Niderland İnkişaf Bankı (FMO) və Veysəloğlu Şirkətlər Qrupu arasında əməkdaşlıq çərçivəsində Azərbaycana 23 milyon ABŞ dolları məbləğində uzunmüddətli kredit, həmçinin kiçik və orta bizneslərə təlim-seminarların keçirilməsi, təcrübə mübadiləsinin aparılması və texniki dəstəyin göstərilməsi üçün 60 min ABŞ dolları məbləğində qrant dəstəyi cəlb edilib.

Bu, 2024-cü il ərzində Veysəloğlu Şirkətlər Qrupu tərəfindən ölkəmizə cəlb edilən ikinci iri həcmli xarici investisiyadır. Maliyyə dəstəyi, FMO ilə Araz Supermarketlər Şəbəkəsi arasında imzalanmış müqavilə əsasında həyata keçirilir. Veysəloğlu Şirkətlər Qrupunun təşəbbüsü ilə reallaşdırılan bu layihə FMO-nun ölkəmizdə dəstək verdiyi ilk aqrobiznes layihəsi olmaqla, Azərbaycanın pərakəndə satış və aqrobiznes sektorlarının inkişafına mühüm töhfə verəcək.

Layihənin əsas məqsədi yeni logistika anbar kompleksinin tikintisi və mövcud infrastrukturun genişləndirilməsi, yeni mağazaların açılması ilə daha geniş müştəri bazasına yüksək nümunəvi xidmətin göstərilməsi və onları keyfiyyətli məhsullarla təmin edilməsindən ibarətdir.

Layihənin həyata keçirilməsi nəticəsində, ölkəmizdə pərakəndə ticarət və aqrobiznes sahələrində yeniliklər tətbiq ediləcək, regionlarda fermerlər üçün yeni imkanlar yaradılacaq. Eləcə də, Azərbaycanın regionlarında fəaliyyət göstərən kiçik və orta fermerlərin məhsullarına bazar çıxışı imkanlarını genişləndirəcək, qadınların işlə təminatı artırılacaq. Eyni zamanda, bu təşəbbüs regionlarda iqtisadi aktivliyin artırılmasına və kənd təsərrüfatı sektorunun inkişafına dəstək olacaq.

Fəaliyyətinin 30 illik yubileyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu, pərakəndə, topdansatış, distribusiya, logistika və istehsalat sahələrində fəaliyyət göstərən, qeyri-neft sektoru üzrə ixtisaslaşmış Azərbaycan şirkətidir. 1997-ci ildən etibarən öz fəaliyyətini genişləndirən şirkət, hazırda dünyanın bir çox tanınmış markalarının 4 mindən artıq çeşiddə məhsulunun Azərbaycanda distribusiyasını həyata keçirir. Hazırda “Veysəloğlu”nun Azərbaycanın bütün regionlarında mağaza, anbarları və istehsal müəssisələri fəaliyyət göstərir. Veysəloğlu Şirkətlər Qrupunun 25 mindən çox əməkdaşı var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 09 Dekabr 2024 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see170

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see164

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see150

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see136

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see131

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see129

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see128

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see124

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see123

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see122

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see121

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see119

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see117

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see117

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see117

Erlinq Holann zədələnib

08 Sentyabr 2025 19:42see116

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see116

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see116

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see116

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri