Vəzifəli şəxsin ailəsi ilə birgə həlak olduğu hadisənin təfərrüatları VİDEO
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Salyanda 4 nəfərin həyatını itirdiyi dəhşətli qəzanın bəzi detalları məlum olub.
Redaktor.az Baku TV-yə istinadən məlumat verir ki, avtomobildə olan Nərmin İsmayılova, onun 2 azyaşlı övladı və İsmayılovların qohumu olan sürücü Aqil Məmmədov hadisə yerində dünyasını dəyişiblər.
Elşən İsmayılov isə 3 yaşlı oğlu ilə sudan çıxa bilib.
"Elşən çox çalışıb, maşını üzüaşağı çevirməyə, ancaq alınmayıb. Maşının qapısını açıb uşağı qucağına alıb. Övladını qoyub kənara, sürücünü maşından çıxarıb. Görüb ki, artıq soyuqdur. Sonra digər oğlunu çıxarmağa çalışıb, nəfəs vermək istəyib, amma uşaq ayılmayıb. Qayıdıb övladı ilə həyat yoldaşını götürməyə, görüb ki, oturacağa yapışıb qalıblar", - E.İsmayılovun qohumu Vitali Abbasov deyib.
Baxış sayı:118
Bu xəbər 31 Yanvar 2025 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















