Icma.az
close
up
RU
Vəzifəli şəxsin qabırğasını sındıran şəxslə bağlı QƏRAR

Vəzifəli şəxsin qabırğasını sındıran şəxslə bağlı QƏRAR

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mirsadiq Əskərovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonunda meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləmiş Lerik rayon sakini, 1978-ci il təvəllüdlü Əskərov Mirsadiq Rakif oğlu beynəlxalq axtarışda olduğu üçün 26.12.2022-ci ildə Rusiyanın Moskva şəhərində tutularaq Azərbaycana gətirilib.
 

Onun axtarışa verilməsinə səbəb Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Astara meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləyən Elşad Qarayevi (soyadı şərti) döyərək qabırğasını sındırması olub.


Belə ki, M.Əskərov 2021-ci ilin dekabr ayında işdən çıxarıldıqdan sonra "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Rəfayıl Tahirovla Lənkəran Regional Meşə İdarəsinin rəisi Şahin Cəfərov əl-ələ verib cənub meşələrini məhv edir" başlığı ilə sosial şəbəkələrdə şikayət formasında yazı yazıb, fotolarla paylaşıb. Həmin yazılar mediada da işıqlandırılıb.
Sözügedən şikayətdən sonra Lənkəran Regional Meşə İdarəsinin sabiq rəisi Şahin Cəfərovun göstərişi ilə 2022-ci ilin 2 yanvar tarixində Lerik meşbəyliyinin 5, 14 və 15 saylı dolaylarında yoxlama aparılıb. Yoxlamaya 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Astara meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləyən E.Qarayev və digər şəxslər göndərilib.
M.Əskərov Lerik meşbəyliyinin 5, 14 və 15 saylı dolaylarında aparacağı yoxlamaya etiraz olaraq idarə etdiyi “VAZ-2109” markalı avtomobillə qeyd olunan əraziyə gedib. O, Elşadın "Niva” markalı avtomobildə əyləşdiyini görüb. Daha sonra "Sən kimsən ki, Astaradan Lerikə yoxlamaya gəlmisən" sualını zərərçəkmişə verərək, onu yaxasından tutub avtomobildən düşürüb, təpiklə nazirlik əməkdaşını vurub.
Nəticədə nazirlik əməkdaşı Lənkəran Rayon Xəstəxanasına yerləşdirilib, qabırğasının sındığı aşkarlanıb. O, cərrahiyyə əməliyyatı olunaraq dalağı çıxarılıb.
Hadisədən sonra M.Əskərov ölkəni tərk edərək, Moskvaya gedib və bir müddət sonra orada saxlanılaraq Azərbaycana gətirilib.
 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əskərov Cinayət Məcəlləsinin 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib. (Pravda.az)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Noyabr 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see311

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see161

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see154

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri