Icma.az
close
up
RU
Vəzifəsi ləğv edilən Mehriban Ələkbərzadənin taleyi necə olacaq?

Vəzifəsi ləğv edilən Mehriban Ələkbərzadənin taleyi necə olacaq?

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Bir neçə gündür, sosial şəbəkələrdə Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin vəzifəsini itirməsi ilə bağlı məlumatlar yayılır. Teatrın keçmiş aktrisası Mehriban Xanlarova sözügedən məlumatları tirajlayaraq bir müddət öncə qalmaqal yaşadığı Mehriban Ələkbərzadənin işdən çıxarıldığını bildirib. Buna səbəb kimi isə Mədəniyyət Nazirliyinin dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı qərarları göstərib.

“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün Mehriban Ələkbərzadə ilə əlaqə saxlayıb.

O, özü ilə bağlı sualları cavablandırmasa da, bir cümlə ilə kifayətlənib:

“Mədəniyyət Nazirliyinin saytında rəsmi şəkildə hər şey yazılıb, əlavə nəsə demək istəmirəm”.

Ötən gün isə nazirlik ictimaiyyətdə yaranan suallara aydınlıq gətirərək bildirib ki, dəyişikliklərin əsas məqsədi teatrların idarəetmə mexanizmlərini daha çevik, səmərəli və nəticəyönümlü etmək, qərarların kollektiv əsasda qəbulunu təmin etmək və yaradıcılıqla təşkilati fəaliyyət arasında daha aydın funksional bölgü yaratmaqdır. 

Həmçinin qeyd olunub ki, hazırda teatrların bədii rəhbər vəzifələrində çalışan şəxslər yeni struktur çərçivəsində, yəni Strategiya və komunikasiya, Yaradıcı şöbə və artist heyətinin idarəedilməsi şöbələrində fəaliyyətlərini davam etdirə bilərlər. Onlar teatr direktorlarının təqdimatı və təsdiqi ilə quruluşçu rejissor, yaradıcı şöbə müdiri və ya digər müvafiq vəzifələrə təyin oluna bilərlər.

İslahatların kütləvi ixtisar xarakteri daşımadığı, mövcud idarəetmə strukturunun müasir tələblərə uyğun şəkildə yeniləndiyi xüsusi vurğulanıb.

Qeyd edək ki, qəbul edilən dəyişikliklərə əsasən, Azərbaycandakı dövlət teatrlarında baş rejissor, baş rəssam, bədii rəhbər ştatları ləğv edilib, bir sıra texniki vəzifələr isə yeni adlarla adlandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Yanvar 2026 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see356

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see140

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri