Vəzifəyə adam gətirən Mehdiyev bu dəfə müdafiəçisini belə seçmədi Vəkili dövlət təyin etdi FOTO
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Bir sıra ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin hüquqlarını kimin müdafiə etdiyi məlum olub.
Redaktor.az gununsesi.info-ya istinadən xəbər verir ki, Mehdiyevin müdafiəsini Bakı şəhəri 3 saylı Vəkil Bürosunun rəhbəri Zaur Abıyev həyata keçirir.
Zaur Abıyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində aparılan cinayət işində dövlət təyinatı ilə Ramiz Mehdiyevin dindirilməsi prosesində iştirak edəcək.
Vəkil Zaur Abıyev “Ramiz Mehdiyev ittihamları qəbul edirmi” sualına cavab verməkdən yayınıb.
87 yaşlı akademikin müstəqil şəkildə vəkil tutmaqdan imtina etdiyi və dövlətin təyin etdiyi müdafiəçi ilə kifayətləndiyi bildirilib.
Xatırladaq ki, Ramiz Mehdiyev DTX-nin Baş İstintaq İdarəsində barəsində başlanmış cinayət işi çərçivəsində bir sıra ağır ittihamlarla üz-üzə qalıb. Onun barəsində məhkəmənin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 16 Oktyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















