Icma.az
close
up
RU
Vəziyyət mürəkkəbdir: “Azərbaycan güzəştə getməyəcək”

Vəziyyət mürəkkəbdir: “Azərbaycan güzəştə getməyəcək”

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Ermənistan ərazisində hər hansı üçüncü ölkənin qüvvələrinin yerləşdirilməsi narahatlıq doğuran faktordur.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Azərbaycan tərəfi qarşılıqlı anlaşma və sülh şəraitində aparılan delimitasiya prosesində üçüncü tərəfin iştirakına hər hansı ehtiyac görmür:

“Ermənistan-Azərbaycan sərhədindəki Avropa İttifaqının missiyasının fəaliyyəti artıq başa çatmalıdır. Missiyanın yerləşdirilməsi Praqada Azərbaycan Prezidenti İlham Əliyevin, Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə razılaşdırılmışdı.

O missiya qısamüddətli olmalı idi. Biz gördüyümüz kimi, bu, davamlı bir missiyaya çevrilir və tərkibi, habelə coğrafi mandat ərazisi genişləndirilir. Ermənistan və Azərbaycan arasında qarşılıqlı anlaşma və sülh şəraitində aparılan delimitasiya prosesində üçüncü tərəfin iştirakına hər hansı ehtiyac görmürük. Biz Avropa İttifaqının missiyasının regionda sülhün möhkəmləndirilməsinə xidmət edən faktor olduğunu hesab etmirik. Bu, narahatlıq doğuran faktordur".

Maraqlıdr, bu gün ölkəməzi üçün xüsusi narahatlıq doğuran faktor nədir?

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli “Cebheinfo.az”-a bildirdi ki, əsas narahatlıq doğuran faktor təhlükəsizlik məsələləridir.

O qeyd edib ki, Ermənistan ərazisində hər hansı üçüncü ölkənin qüvvələrinin yerləşdirilməsində məqsəd Azərbaycana təzyiq göstərməkdir:

“Müharibə sülh ilə başa çatmayıb. Sülh danışıqları demək olar yekunlaşıb. Bir-iki məsələnin uzlaşdırılması qalır. Hətta yaxın vaxtlarda sülh müqaviləsinin imzalanacağını deyirdilər.

Lakin Avropa İttifaqına daxil olan ölkələr Ermənistana sülh missiyası adı altında nümayəndələr göndəriblər. Bu nümayəndələr guya tərəflər arasında sülhün möhkəmliyini qorumaq üçün müşahidələr aparırlar. Əslində bu belə deyil. Onlar bölgəyə hərbi qüvvələr kimi gəliblər.

Onlar bölgədə yenicə formalaşmaqda olan sülh və dinclik mühitini pozurlar. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanılmasına üçüncü bir qüvvə qarışmamalıdır.  Əvvəlcədən də belə razılaşdırılmışdı. Üstəlik də üçüncü dövlətin silahlı qüvvələri Ermənistan ərazisinə yerləşirsə, vəziyyət büsbütün Ermənistanın xeyrinə dəyişir və müharibə vəziyyəti yaradır. 

Çünki Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün Ermənistanda hər hansı üçüncü qüvvənin yerləşdirilməsinə heç zaman razı olmayacaq. 

Bu nöqteyi-nəzərdən Ermənistan ərazisində Avropa İttifaqının müşahidəçiləri və Fransanın müəyyən qüvvələrinin yerləşdirilməsi vəziyyəti gərginləşdirən məqamlardandı. 

Buna görə də Azərbaycan qətiyyən güzəştə getməyəcək. Ermənistan durmadan silahlanır və üstəlik ərazisinə üçüncü dövlətin islahlı qüvvələrini yerləşdirir. İrəliləyən zamanda münaqişə baş verməsi mümkündür”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri