“Vəziyyət Rusiyanın xeyirinə deyil”
Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
“Rusiya istəyir ki, əgər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi olacaqsa, bu, Rusiyanın ərazisində olsun, bunun benefisarı Rusiya olsun. Rusiyanın Ukraynaya başı qarışandan sonra artıq Cənubi Qafqazda mövqelərini itirməyə başlayıb”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib.
Ə.Məmmədli qeyd edib ki, “Tramp yolu” razılaşması oldu, Rusiya bunun da əleyhinədir, istəmir bu baş tutsun: “Ümumiyyətlə, Rusiya Ermənistanda hakimiyyətin dəyişməsini istəyir. Bu gedişatla Rusiyanın arzusu həm də Azərbaycanda da hakimiyyətin dəyişməsidir. Rusiya istəyərdi ki, “Tramp yolu” ləğv olunsun. Düzdür, mən “Tramp yolu”nun həyata keçəcəyinə inanmıram. Ona görə yox ki, Rusiya Ermənistanda istədiyini edəcək. Xeyr, amma Rusiya hədəf qoyub ki, Ermənistanda hakimiyyəti dəyişib və “Tramp yolu”nun qarşısını alsın. Amma reallıq başqadır. Reallıq onu deyir ki, vəziyyət Rusiyanın xeyirinə deyil. Ukrayna cəbhəsində Rusiya vəziyyəti öz xeyirinə dəyişməyənə qədər digər cəbhələrdə də mövqelərini itirməyə davam edəcək. O cümlədən Cənubi Qafqaz cəbhəsində”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 05 İyun 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















