Icma.az
close
up
RU
Vicdanın susmasından daha betər VİCDANSIZLIQ Əkbər Qoşalı yazır

Vicdanın susmasından daha betər VİCDANSIZLIQ Əkbər Qoşalı yazır

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Şəhidlər Xiyabanı — bir ulusun ürəyi, tarixin ruhu, gələcəyin irsi, qəhrəmanlığın ölməz abidəsidir. Burada hər addım bir qədirbilənlik, hər ağac köklü-köməcli bir yaddaşdır. Lakin nə yazıq, bu məkanın qutsallığı bir anlıq, səviyyəsizliyə, mədəniyyətsizliyə, yabançı mənəviyyatsızlığına tuş oldu.

Ərəb olduqları deyklən üç əcnəbi turistin Şəhidlər Xiyabanında qeyri-etik hərəkətləri və bu yaramaz hərəkətlərini arsızca videoya çəkmələri toplumun vicdanını silkələdi. O görüntülər sosial şəbəkələrdə yayıldı, toplumun haqlı hiddətinə səbəb oldu və sonuc etibarilə qanun qarşısında cavab verməkdədirlər. Amma məsələ təkcə hüquqi müstəvidə deyil — bu hadisə həm də bir ulusun qutsallarına toxunmağın necə ağrılı olduğunu bir daha göstərdi.

Qonaqpərvərlik gələnəyimizin və dövlət turizm siyasətinin özülü apaydındır: biz dünyaya qapılarımızı açırıq, öz ulusumuza güvənirik və qürur duyuruq. Ancaq hər bir qonaq anlamalıdır ki, burada, övladlarını Vətən uğrunda itirmiş bir ulusun ziyarətgahındadır. Bu məkan əyləncə yeri deyil, ulusun gözünün yaşı, ruhunun dirəyi, yaddaşının qutsal səhifəsidir.

Burada sorumluluq həm turistin, həm də ictimai şüurun üzərinə düşür. Maarifçilik, milli-mənəvi təbliğat, mədəniyyət kodlarımızın tanıdılması — hamısı birgə işimizdir. Çünki yadın sayğısızlığı bir tərəfə, özümüzün də edə biləcəyimiz işlər vardır.
Lap Şəhidlər Xiyabanı deyil, hər hansı bir qəbristanlıqdır, insanoğlu özünü necə aparmalı olduğunu bilməzmi? Ərəboğlu ol, kim olursan ol, bəyəm, sənin ölün-dirin, qəbristanlığın, mədəniyyətin olmazmı ola? Bir neçə yaramaz bədəviyə görə onların ölkəsini və ya bütün ərəbləri qınamaq kimi bir niyyətimiz yoxdur; ancaq o harınlara ümumvətəndaş pasportu verən dövlətin Azərbaycandakı Böyükelçiliyi bir açıqlama yaya bilər yaxud Şəhidlər Xiyabanına nəcabət ziyarətində buluna bilər. Mən diplomat deyiləm amma hesab edirəm, bir müsəlman ölkəsinin Böyükelçiliyində Şəhidlər Xiyabanının və hətta hər hansı qəbristanlığın anlamını, mahiyyətini bilməmiş deyillər. Ümumən, qəbrlərə münasibətdə əxlaqlı davranmaqçün nəinki müsəlman olmaq, ilk növbədə və ən əsası insan olmaq lazımdır, insan!

Sonuc aydındır: 
Həm yayılan görüntülər, həm də aparılan araşdırmalar əsasında həmin yaramaz turistlər sakinlərin gözü qarşısında saxlanılıblar — polis barələrində cinayət işi başladıb və məhkəməyə aparılıblar. Məhkəmə müəyyənləşdirəcək — görək, ərəblər içkilimi olublar, yoxsa, narkotika təsiri altındamı səyləyiblər və ya hansısa sifarişimi yerinə yetiriblər?.. Əgər bunlar deyilsə, yenə niyə belə bir qələt ediblər? — quzu-quzu ötəcəklər.

Şəhidlər Xiyabanı ulusun şəhadət qibləsidir. Onun qutsallığı toxunulmazdır. Kim bu sınırı aşarsa, həm qanun qarşısında, həm də ulus vicdanında cavab verəcəkdir. 
Bu gün Azərbaycan göstərdi ki, qutsalına toxunan heç kim cəzasız qalmayacaq. Qalmayacaq!

Şəhidlər ölmədi,
Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Avqust 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri