Icma.az
close
up
RU
“Vicdanla icra olunmasa, nəticə olmayacaq Tural Abbaslıdan hökumətə çağırış

“Vicdanla icra olunmasa, nəticə olmayacaq Tural Abbaslıdan hökumətə çağırış

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Su təsərrüfatı sahəsi hər bir şəhər və region üçün həyati əhəmiyyət kəsb edir. Xüsusilə Bakı və Abşeron yarımadasında bu sahədə ciddi problemlərin mövcudluğu artıq hamıya məlumdur. Yağış yağanda küçələrdə sel sularının toplanması, avtomobil tunellərində təhlükəli hallar və su təchizatı ilə bağlı çatışmazlıqlar gündəlik həyatın reallıqlarına çevrilib. 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib.

Ağ Partiyanın sədri Tural Abbaslı Sherg.az-a istənilən layihəni dəstəklədiklərini söyləyib: 

"İstər Abşeron yarımadası olsun, istər Bakı şəhərində etiraf etməliyik ki, su təsərrüfatı məsələsində vəziyyət heç də ürəkaçan deyil. İstər tullantı suları, istərsə də içməli su təchizatı sahəsində Bakı və Abşeron yarımadasında ciddi problemlər mövcuddur. Adi bir nümunə götürək. Yağış yağan kimi Bakıda vəziyyətin nə hala düşdüyünü hamımız görürük. Sel suları hər yeri basır. Hətta ötən il iki nəfər avtomobil tunelində boğularaq həyatını itirdi. Belə bir şəraitdə bu cür proqramın qəbul olunması, şübhəsiz ki, müsbət haldır. Amma bu proqram mütləq düzgün və vicdanla icra olunmalıdır. İstər podratçı şirkətlər, istər qalib elan edilən qurumlar, istərsə də sonradan obyektləri təhvil alan müəssisələr bu sahədə heç bir güzəştə yol verməməlidirlər. Elə olmamalıdır ki, sonradan hansısa məmur çıxıb desin: “Tunel tikiləndə burada nasos nəzərdə tutulmalı idi, amma qoyulmayıb” və ya “borunun diametri bu qədər olmalı idi, amma daha azdır”".

Partiya sədri işlərin layiqincə və standartlara uyğun görüldüyü təqdirdə nəticənin müsbət olacağını deyib:

"Təəssüflə qeyd etməliyik ki, müxalifət olaraq bizim bu cür proqramların icrasına nəzarət və təftiş mexanizmlərimiz yoxdur. Bir çox hallarda proqramlar qəbul olunur, təhvil verilir, lakin müəyyən vaxt keçdikdən sonra məlum olur ki, real nəticə yoxdur. Ümid edirik ki, bu proqram da onlardan biri olmayacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Yanvar 2026 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri