Vilayət Eyvazov iranlı həmkarı ilə görüşdü FOTO
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran İslam Respublikasının daxili işlər naziri İskəndər Momeninin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 12-də ölkəmizə səfərə gəlib.
Redaktor.az xəbər verir ki, İskəndər Momeni və onu müşayiət edən şəxslər Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub. Nümayəndə heyəti daha sonra Şəhidlər xiyabanını ziyarət edib.
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov İskəndər Momeni və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın əhəmiyyətinə toxunan nazir Vilayət Eyvazov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıqla mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb. O, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi və ikitərəfli əlaqələrin daha da genişləndirilməsində Azərbaycanın Daxili İşlər Nazirliyinin maraqlı olduğunu bildirib.
Daha sonra nazir qonaqlara Azərbaycandakı mövcud kriminogen vəziyyət haqqında qısa məlumat verib, bildirib ki, hüquq-mühafizə orqanları sıx, qarşılıqlı əlaqədə mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorizmə, ekstremizmə, separatizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks tədbirlər həyata keçirirlər.
İran İslam Respublikasının daxili işlər naziri İskəndər Momeni transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində məlumat və təcrübə mübadiləsinin bölgədəki təhlükəsizliyə müsbət təsir göstərəcəyini qeyd edib, İranın hüquq-mühafizə orqanlarının azərbaycanlı həmkarları ilə əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük önəm verdiyini vurğulayıb.
Görüşdə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 12 Oktyabr 2026 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















