Vinisius Mərakeş millisi ilə oyunda havadan və otdan şikayətləndi
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Braziliya millisinin vingeri Vinisius Junior 2026-cı il dünya çempionatının qrup mərhələsinin I turunda Mərakeş yığmasına qarşı keçirilən və 1:1 hesabı ilə başa çatan oyundan sonra fikirlərini bölüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə UOL məlumat yayıb.
"Davamlı isti hava şəraiti hökm sürür, ot örtüyü çox tez quruyur və bu da oyunun tempinə təsir göstərir. Ritmi tuta bilmirik və bu bizə çətinlik yaradır. Çünki biz oynamağı, topu bir cinahdan digərinə sürətlə ötürməyi sevirik. Mövcud şərait isə oyun üslubumuza mane olur.
Lakin biz buna uyğunlaşmalıyıq. Düşünürəm ki, bütün turnir ərzində şərait belə olacaq və bütün komandalar eyni meydanlarda çıxış edəcəklər. Buna görə də oyunumuzu daha da inkişaf etdirəcək, təkmilləşəcək və böyük qələbələr qazanacağıq", - deyə Vinisius Junior bildirib.
Qeyd edək ki, Braziliya millisi növbəti turda Haiti yığması ilə qarşılaşacaq. Görüş iyunun 20-nə keçən gecə keçiriləcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:123
Bu xəbər 14 İyun 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















