Icma.az
close
up
RU
Virus infeksiyaları uşaqlara necə təsir edir? TƏBİB in həkimləri danışdı

Virus infeksiyaları uşaqlara necə təsir edir? TƏBİB in həkimləri danışdı

Medicina saytından verilən məlumata görə, Icma.az xəbər verir.



Fəsil dəyişkənliyi böyüklərlə yanaşı, uşaqların səhhətinə də təsirsiz ötüşmür.

Uşaqlarda mövsümi xarakter daşıyan respirator xəstəliklər əsasən fəsil dəyişən müddətdə, havanın soyuq keçdiyi dövrlərdə müşahidə olunur.

Tibb məsləhətləri bu dəfə bölgə xəstəxanalarında çalışan həkim-mütəxəssislər verirlər. Onlar hesab edir ki, uşaq kollektivlərində uşaqlar bir-biri ilə sıx təmasda olduğu üçün xəstəliyin ilkin əlamətləri çox zaman gözardı edilir:

Medicina.az xəbər verir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Sücəddin Əbdülov bu barədə danışıb:

“Yoluxma halında artım da çox zaman bu formada yayılır. Nadir hallarda kontakt yolu ilə başlayır. Uşaqlarda, xüsusilə körpələrdə və məktəbəqədər yaşda immun sistemi tam formalaşmadığı üçün uşaqlar viruslara daha tez yoluxurlar.

Respirator virusun yaranma metodu, əsasən, hava-damcı yolu, çirkli əllər və əşyalar vasitəsilə uşağın burun, ağız və ya gözündə yerləşən selikli qişaya düşür, nəticədə virus burada çoxalır. Bu proses nəticəsində selikli qişada şişkinlik və qızartı yaranır, burun axıntısı, öskürək, boğaz ağrısı müşahidə olunur. İmmun sistem virusla mübarizə aparır, bu zaman qızdırma və halsızlıq yaranır”.

Soyuq, quru hava virusların daha uzun müddət havada qalmasına və yayılmasına şərait yaratdığını deyən Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Lamiyə Qədirovanın sözlərinə görə, uşaqları həddən artıq qalın geyindirmək də tərləməyə səbəb olur və tərli halda bədən tez soyuyur, immun sisteminin müdafiəsi zəifləyir:

“Uşağı uzun müddət evdə saxlamaq qapalı məkanda təmiz havanın azalmasına və virus konsentrasiyasının artmasına, immun sisteminin tənbəlləşməsinə səbəb olur. Təmiz hava isə ağciyərlərin ventilyasiyasını yaxşılaşdırır, virusların artmasının və yayılmasının qarşısını alır, uşağın iştahasını və yuxusunu yaxşılaşdırır”.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Sücəddin Əbdülovun sözlərinə görə, uşaqlarda infeksion və respirator xəstəliklər ən çox rast gəlinən sağlamlıq problemlərindəndir:

“Xüsusilə payız-qış mövsümündə virus infeksiyalarının artması uşaqların immun sisteminə əlavə yük yaradır. Bu xəstəliklərin qarşısının alınmasında əsas məqsəd infeksiyaya yoluxma riskini azaltmaq, uşağın immun-müdafiə mexanizmlərini gücləndirməkdir.

Uşaqların infeksion xəstəliklərdən qorunmasında gigiyenik qaydalara riayət olunması mühüm rol oynayır”.

Ümumiyyətlə, uşaqların mövsümə uyğun geyindirilməsi, üşütməyə və ya tərləməyə yol verilməməsi də profilaktik baxımdan əhəmiyyətlidir. Gigiyena qaydalarına riayət, peyvəndləmə, düzgün qidalanma, kifayət qədər yuxu və sağlam psixoemosional mühit immun sisteminin möhkəmlənməsində əsas amillərdir.

Mütəxəssislərin sözlərinə görə, müalicə simptomatik və antiviraldır. İlk olaraq, istirahət, bol maye qəbulu, qızdırmasalıcı dərman vasitələri istifadə edilməlidir. Əlavə olaraq isə həkim təyinatı əsasında vitaminlərlərdən istifadə edilə bilər. Əgər ağırlaşmalar müşahidə olunarsa, dərhal tibb müəssisəsinə müraciət edilməli, ehtiyac yaranarsa, infuzion və antibakterial terapiya aparılmalıdır.

medicina.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 26 Yanvar 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri