Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

“Virus mövsümü” gəlir

“Virus mövsümü” gəlir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Yoluxmalardan necə qorunaq?

Havalar soyuyur, yağışlar başlayır, payızın ətri gəlir. Son günlərdə havanın temperaturunda 10 dərəcəyə qədər azalma müşahidə olunur. Bu isə həm böyüklərin, həm də uşaqların sağlamlığına təsirsiz ötüşmür.

Hidrometeoroloqlar temperaturun kəskin dəyişməsi ilə bağlı xəbərdarlıq edirlər. Həkimlər də öz növbələrində insanlara çağırış edib onları mövsümi infeksiyalardan qorunmağa çağırırlar. Bildirirlər ki, xüsusilə belə havalarda orqanizm kəskin hava dəyişikliyinə adaptasiya olmaqda çətinlik çəkdiyi üçün infeksiyalara daha tez yoluxur. Məhz buna görə qrip, rinovirus, adenovirus və digər respirator viruslara yoluxma halları xeyli dərəcədə artır.

Sabunçu rayonu, 22 saylı şəhər poliklinikasının ailə həkimi İradə Əzizova XQ-yə bildirdi ki, mövsümi virusların əsasən hava-damcı yolu ilə – yoluxmuş şəxs öskürərkən, asqırarkən və ya danışarkən virus hissəcikləri ilə ətraf mühitə yayılması məlumdur:

– İnfeksiya ilə çirklənmiş səthlərə əllə toxunduqdan sonra həmin əlin ağız, burun və gözlə təması nəticəsində də yoluxma baş verə bilər. Mövsümi viruslara yoluxma zamanı ilkin olaraq halsızlıq, yorğunluq, sümük ağrıları hiss edilir. Virus infeksiyalarının digər ən çox rast gəlinən simptomları isə burun axması və ya tutulması, boğaz ağrısı, öskürək, hərarətin yüksəlməsi, baş və əzələ ağrıları, ümumi halsızlıq və yorğunluq, bəzi hallarda ürəkbulanma və iştahsızlıqdır.

Viruslardan qorunmağın sadə yolları barədə məlumat verən həkim qeyd etdi ki, insanın infeksiyaya voluxması onun immunitetindən asılıdır. Vaxtında görülən profilaktik tədbirlər bədənin müqavimətinin dəstəklənməsinə və virusların orqanizmə təsirinin daha yüngül keçməsinə kömək edə bilər.

Bununla bərabər, əl gigiyenasına diqqət edilməlidir. Əllərin müntəzəm olaraq sabunla yuyulması virusların yayılmasının qarşısını almağın ən sadə və təsirli üsullarından biridir. İctimai yerlərdən qayıtdıqdan sonra və yeməkdən əvvəl əllərin təmizlənməsi xüsusilə vacibdir.

Virusa yoluxmamağın bir yolu da qapalı məkanların tez-tez havalandırılmasıdır. Məlumdur ki, yay fəslindən fərqli olaraq payızda, havaların temperaturu aşağı düşdükcə iş otaqlarında, eləcə də mənzillərdə pəncərələr adətən örtülü olur və daha az açılır. Nəticədə viruslar həmin qapalı mühitlərdə daha uzun müddət qala bilir. Otaqların gündə bir neçə dəfə havalandırılması və optimal rütubətin qorunması yoluxma riskini azaldır.

İ.Əzizova, həmçinin vurğuladı ki, xəstə insanlarla yaxın təmasdan çəkinmək də yoluxmanın qarşısını alır. Xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasın məhdudlaşdırılması və zəruri hallarda maskadan istifadə yoluxma riskini azalda bilər.

İstirahət, qidalanma, normal yuxu rejimi və müntəzəm fiziki fəallıq immun sisteminin güclənməsinə kömək edir. Meyvə, tərəvəz, balıq, yumurta və vitaminlərlə zəngin qidaların qəbulu xüsusilə faydalıdır. İnsanın immuniteti nə qədər güclü olsa, onun virusa yoluxma ehtimalı o qədər azalır.

Sonda həkim diqqətə çatdırdı ki, virusa yoluxma müəyyən olunduqdan sonra – yəni işləyənlər özlərində hərarət, öskürək, boğaz ağrısı və ümumi halsızlıq kimi əlamətlər müşahidə etdikdə işə getməmək, evdə dincəlmək və bol maye qəbul etmək məsləhət görülür. Yağlı, qızardılmış və ağır yeməklərdən çəkinmək, qidalanmada meyvə-tərəvəzlərə və duru yeməklərə üstünlük verməkdə fayda var.

Ehtiyac olmadan özünü müalicə tövsiyə edilmir. Belə ki, həkim məsləhət görmədiyi halda antibiotik istifadə etmək olmaz. Çünki antibiotiklərdən əsassız istifadə etmək əlavə sağlamlıq problemlərinə səbəb ola bilər.

Hazırda havaların soyuması ilə bağlı xəstə çağırışlarının sayı artıb. Onların arasında kiçik yaşlı uşaqlar da var, yaşı 60-dan yuxarı olanlar da. Fəsildən fəslə keçdikcə viruslara yoluxma hallarının artmasında təhlükəli və qeyri-adi heç nə yoxdur. Bundan həyəcanlanmağa dəyməz, hər il baş qaldıran mövsümi infeksiyalardır. Sadəcə hər kəs öz sağlamlığını düşünməli, virusa yoluxmamaq üçün lazım olan ehtiyat tədbirlərinə əməl etməlidir.

Zərifə BƏŞİRQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see576

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see523

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see385

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see305

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see266

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see260

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see257

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see255

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see243

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see236

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see231

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see216

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see207

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see204

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see202

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see197

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see193

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see188

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see187

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri