Virus mövsümündə qarşı QORUNMAĞIN YOLLARI
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sağlam qidalanma ilə orqanizmi payız-qış mövsümünə hazırlamaq vacibdir”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
Mütəxəssis bildirib ki, payız-qış mövsümünə keçid orqanizm üçün mühüm dövrdür. Onun sözlərinə görə, havaların soyuması, günəş şüalarının azalması və virusların daha geniş yayılması fonunda orqanizmdə həm fiziki, həm də psixoloji dəyişikliklər müşahidə oluna bilər.
G.İsmayılova qeyd edib ki, bu dövrə əvvəlcədən hazırlaşmaq və sağlam həyat tərzinə xüsusi diqqət yetirmək lazımdır. O vurğulayıb ki, sağlam həyat tərzinin əsas prinsiplərinə ilin bütün aylarında əməl edilməlidir, lakin payız-qış keçidində bu amillər daha da əhəmiyyət qazanır.
Terapevtin sözlərinə görə, sağlam həyat tərzinin əsasını altı mühüm amil təşkil edir. Bunlara sağlam qidalanma, normal yuxu rejimi, fiziki aktivlik, zərərli vərdişlərdən imtina, mental sağlamlığın qorunması və preventiv tibbi müayinələrin vaxtında aparılması daxildir.
Mütəxəssis xüsusilə sağlam qidalanmanın əhəmiyyətini vurğulayaraq bildirib ki, düzgün və balanslı qidalanma yolu ilə orqanizmi payız-qış mövsümünə hazırlamaq mümkündür.
Zeynəb Rzayeva
Baxış sayı:139
Bu xəbər 02 Sentyabr 2026 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















