Vısotskinin həyat yoldaşı, aktrisa Marina Vladi vəfat edib
Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Aktrisa, müğənni və yazıçı Marina Vladi 88 yaşında vəfat edib.
Bu barədə onun ailəsi AFP agentliyinə məlumat verib.
Marina Vladi Fransada rus mühacirləri ailəsində dünyaya gəlib. Yaradıcılıq fəaliyyətinə teatr aktrisası kimi başlayıb, daha sonra kinoda çəkilib. Xüsusilə ilk həyat yoldaşı, rejissor Robert Osseynin filmlərində rol alıb. Onun çəkildiyi ekran əsərləri arasında “Casusların gecəsi” və “Sən zəhərsən” filmləri də var.
Vladi Marko Ferrerinin “Müasir tarix: Arıların kraliçası” filmindəki roluna görə Kann Film Festivalında “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.
Marina Vladi 1970–1980-ci illərdə məşhur sovet şairi, aktyor və müğənni Vladimir Vısotski ilə evli olub. Onlar birlikdə bir neçə mahnı da yazıblar.
Vladi yaradıcılığının sonrakı dövründə ədəbiyyata da müraciət edib, romanlar və xatirə kitabları yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 24 Sentyabr 2026 20:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















