Icma.az
close
up
RU
Vitali Arkov: Düşənbə görüşü Azərbaycan Rusiya münasibətlərində yeni etimad mərhələsinin başlanğıcı oldu

Vitali Arkov: Düşənbə görüşü Azərbaycan Rusiya münasibətlərində yeni etimad mərhələsinin başlanğıcı oldu

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycan və Rusiya arasında münasibətlər qarşılıqlı hörmət, bərabərlik və strateji tərəfdaşlıq prinsipləri əsasında yeni mərhələyə qədəm qoyur. Düşənbə görüşü iki ölkə münasibətlərində yeni etimad mərhələsinin başlanğıcı oldu.

Bunu AZƏRTAC-a açıqlamasında Rusiyadan olan politoloq Vitaliy Arkov bildirib.

O deyib ki, iki ölkə arasında yaranmış gərginlik müvəqqəti idi və artıq arxada qalıb: "Tacikistanın paytaxtı Düşənbədə keçirilən görüş zamanı Rusiyanın və Azərbaycanın dövlət başçıları bunu açıq şəkildə nümayiş etdirdilər. Tərəflər qeyd etdilər ki, 2025-ci ilin ilkin nəticələrinə əsasən, iki ölkə arasında xarici ticarət dövriyyəsi 16 faiz artacaq”.

Politoloqun sözlərinə görə, yaranmış fikir ayrılıqları müəyyən müddət davam etsə də, müəyyən məqsədli qüvvələr istəklərinə nail ola bilməyiblər. “Bu qüvvələr münasibətlərdəki müvəqqəti çatları dərinləşdirərək uçuruma çevirmək niyyətində idilər. Lakin Rusiyanın və Azərbaycanın liderlərinin müdrikliyi bu məkrli planların həyata keçməsinə imkan vermədi. İlkin mərhələdə qarşılıqlı iradlar və emosional reaksiyalar müəyyən gərginlik yaratsa da, sonrakı dövrdə hər iki tərəf münasibətlərin normallaşdırılması üçün siyasi iradə nümayiş etdirdi. Bu proses asan olmadı, çünki tərəflərdən heç biri öz prinsipial mövqeyində güzəştə getmiş kimi görünmək istəmirdi. Lakin Düşənbədə keçirilən danışıqların nəticələri göstərdi ki, Rusiya və Azərbaycan bir-birini dinləyə və anlaya bildilər, bir sıra həssas məsələlər üzrə qarşılıqlı anlaşma əldə olundu”, - deyə Vitaliy Arkov vurğulayıb.

Rusiyadan olan politoloq deyib ki, dövlət başçılarının görüşündən sonra iki ölkə ictimaiyyətinə ünvanlanan birmənalı və müsbət siqnallar münasibətlərin sabitləşməsinə xidmət edir: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu mesajlar hər iki ölkə cəmiyyətində müsbət qarşılandı. Eyni zamanda, liderlərdən gələn siqnallar məsul dövlət qurumlarının əməkdaşları tərəfindən düzgün qiymətləndirildi. Biz artıq bunun bariz nümunəsini bir sıra rezonans doğuran cinayət işləri üzrə əsas fiqurlara münasibətdə qətimkan tədbirinin dəyişdirilməsi barədə məlumatlarda müşahidə edirik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Oktyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri