Icma.az
close
up
RU
Vitse prezident: Ağırlıqqaldıranlarımız Avropa çempionatında ümidləri doğrultdular

Vitse prezident: Ağırlıqqaldıranlarımız Avropa çempionatında ümidləri doğrultdular

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 noyabr, AZƏRTAC

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Albaniyanın Dürres şəhərində keçirilən Avropa çempionatında yüksək nəticələrlə yadda qaldı.

AZƏRTAC xəbər verir ki, Ravin Alməmmədov (79 kiloqram) birdən qaldırmada bürünc, təkanla qaldırmada qızıl medala sahib çıxaraq toplamda Avropa birinciliyinin qalibi olub.

Birdən və təkanla qaldırma hərəkətlərinin icrasında 2 gümüş mükafata yiyələnən Tehran Məmmədov (64 kiloqram) isə toplamda da fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov bildirib ki, idmançılar onlara bəslənən ümidləri doğrultublar: “Bildiyiniz kimi Avropa birinciliyində gənclərin yarışında sonuncu dəfə 10 il əvvəl qızıl medal qazanmışdıq. Ravin bu uğuru təkrarlamaqla yanaşı, Avropa birinciliyinin rekordunu da müəyyənləşdirdi və bu federasiya olaraq doğru yolda olduğumuzun göstəricisidir”.

O, yarış zamanı Ermənistan idmançısının fəxri kürsüdəki davranışları ilə bağlı suallara da aydınlıq gətirib: “Əvvəla onu bildirim ki, biz hər zaman idmançılarımıza, xüsusən də gənclərə hər hansı təxribat xarakterli davranışlara uymamağı aşılayırıq. Mükafatlandırma mərasimində erməni atletin idmançı etikasına zidd hərəkətinin müqabilində biz soyuqqanlı davranış nümayiş etdirdik. Mükafatlandırma mərasimi bitən kimi yarışın təşkilat komitəsinə narazılığımızı bildirdik. Ədalət naminə deməliyik ki, mərasimdən sonra Ermənistan Ağırlıqqaldırma Federasiyası rəhbərlik səviyyəsində bizi təbrik etdi və baş vermiş hadisəyə görə üzrxahlığını ifadə etdi. Bununla belə Dövlət və onun rəmzlərinə münasibətdə səhv davranışa güzəşt edə bilmərik. Tərəfimizdən Avropa Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi və yarışın müvafiq komitəsinə baş vermiş hadisə ilə bağlı narazılığımızı əvvəlcə şifahi, daha sonra yazılı formada bildirdik. Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə məsələyə dərhal reaksiya verdi və Avropa Ağırlıqqaldırma Federasiyası rəhbərliyinə rəsmi məktub ünvanlandı”.

Vitse-prezident bu məsələ barədə ədalətli qərar veriləcəyinə və oxşar halların təkrarlanmayacağına inandığını deyib: “Bir daha qeyd etmək istəyirəm ki, bizim təmsil olunduğumuz heç bir yarışda Azərbaycanın adına, Dövlət rəmzlərinə xələl gətirilə bilməz. Azərbaycan və Ermənistan arasındakı bütün suallara 5 il öncə aydınlıq gəldi və biz indi sülhə doğru addımlayırıq. Fürsətdən istifadə edib qarşıdan gələn Zəfər Günü münasibətilə xalqımızı təbrik edirəm. Qoy bayrağımız hər zaman ucalarda dalğalansın”.

Ravin Alməmmədov isə nəticədən dolayı sevincli olduğunu vurğulayıb: “Federasiya rəhbərliyinə və məşqçilərimə minnətdarlığımı bildirmək istəyirəm. Mənim qələbəmdə onların zəhməti böyükdür. Rəqibin kimliyi mənim üçün əhəmiyyət daşımır. Məqsədimiz qələbə qazanmaq idi və bunu bacardım. İnanıram ki rəqiblərim üçün müəyyənləşdirdiyim rekordu yeniləmək elə də asan olmayacaq”.

Tehran Məmmədov bu yarışa çox ciddi hazırlaşdığını deyib: “Ötən Avropa birinciliyindəki səhvlərimizdən doğru nəticələr çıxardıq və vətənə medallarla qayıtdıq. Başa düşürük ki, daha çox çalışmaq lazımdır. Bu idman növündə daim inkişaf dinamikası olmalıdır. Rəqiblər də ciddi hazırlaşır, yerimizdə saya bilmərik. Çalışacam ki böyüklərin də yarışında fəxri kürsüdə yer alım”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri