Vitse prezident: Avropa çempionatında qazandığımız qələbə ilə ölkə qadın basketbolu tarixində ilkə imza atdıq
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 9 iyul, AZƏRTAC
Məqsədimiz 9–16-cı yerlər uğrunda oyunlarda sona qədər mübarizə apararaq mümkün olan ən yaxşı nəticəni göstərmək olacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) vitse-prezidenti Fərrux Mahmudov qızlardan ibarət Azərbaycanın U-18 millisinin Avropa çempionatının B divizionundakı nəticələrini dəyərləndirərkən deyib.
Yığmanın bu turnirə ilk dəfə qatıldığını xatırladan ABF rəsmisi əldə olunan nəticələri uğurlu hesab etdiyini söyləyib: “Qrupun birinci qarşılaşmasında Bosniya və Herseqovina üzərində qələbə qazanmaqla ölkə qadın basketbolu tarixində ilkə imza atdıq. Ukrayna ilə matçda isə qızlarımız sona qədər döyüşdülər, lakin yekunda rəqibə məğlub olduq. Bu qrupdan çıxmaq baxımından ən önəmli oyunumuz idi. Növbəti qələbələrimizi isə İslandiya və Kosovo milliləri üzərində qazandıq. Düşünürəm ki, ilk dəfə qatıldığımız Avropa Çempionatının B divizionunda qrup mərhələsini uğurla başa vurduq”.
Qeyd edək ki, Azərbaycan yığması sonuncu qrup oyununda Kosovo seçməsinə 62:54 hesabı ilə qalib gələrək C qrupunu 3-cü sırada tamamlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 09 İyul 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















