Icma.az
close
up
RU
Vitse spiker: “Ermənistan müharibə istəyirsə, biz hazırıq: Bu, son xəbərdarlıqdır” MÜSAHİBƏ

Vitse spiker: “Ermənistan müharibə istəyirsə, biz hazırıq: Bu, son xəbərdarlıqdır” MÜSAHİBƏ

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində razılaşmanın əldə edilməsi açıqlandıqdan sonra şərti sərhəddə erməni təxribatı dayanmır. Sizcə, nə baş verir?

- Ermənistan özünü "sülh göyərçini" kimi qələmə versə də, son təxribatlar onun əsl mahiyyətini bir daha ortaya qoyur. Görünən odur ki, erməni tərəfi boş-boşuna silahlanmır. Öldürücü silahları göndərən Fransa, Hindistan və digər dövlətlər Ermənistanı yeni müharibəyə hazırlayırlar. Təəssüf ki, reallıq məhz bundan ibarətdir. Azərbaycanın isə sülhə münasibəti birmənalıdır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, İrəvan sülh istəyirsə, məlum şərtləri yerinə yetirməlidir. Ermənistan ilk növbədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvana maneəsiz gediş-gəlişi, yəni Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir. Eyni zamanda Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan iddialar aradan qaldırılmalıdır. Həmçinin ATƏT-in Minsk Qrupunun buraxılması haqqında konkret addım atılmalıdır. Amma Ermənistan bu şərtləri icra etmək əvəzinə şərti sərhəddə hərbi təxribatlara əl atır. Bu isə o deməkdir ki, İrəvan hələ də sülhə hazır deyil. Beynəlxalq ictimaiyyətə özünü sülhə hazır tərəf kimi göstərsə də, erməni tərəfi növbəti dəfə prosesi manipulyasiya etməklə məşğuldur.

- Son təxribatlara cavab necə ola bilər?

- Azərbaycanın bununla bağlı qarşı tərəfə xəbərdarlığı var. Bu ondan ibarətdir ki, Ermənistan təklif edilən bütün şərtləri qəbul etməlidir. Əks halda, alacağı cavabı bilir. Qarşı tərəf unutmasın ki, "Dəmir yumruq" öz yerindədir. Təxribatlar davam edəcəyi təqdirdə, Ermənistan daha ağır zərbə alacaq. Yəqin ki, bunu düşünürlər.

- Tərəflərin sülh razılaşmasını kənara qoyub yeni müharibəyə başlamaq riski varmı?

- Ermənistanın son günlər davam edən hərbi təxribatları məhz bu məqsədə xidmət edir. Azərbaycan Müdafiə Nazirliyi bir neçə gündür ardıcıl olaraq qarşı tərəfin təxribatları ilə bağlı məlumatlar yayır. Azərbaycan Ordusunun mövqeləri Ermənistan tərəfindən atəşə məruz qalır. Sözsüz ki, sülh istəyən dövlət bunu etməz. Bu, o deməkdir ki, Ermənistan yeni müharibə istəyir və buna ciddi şəkildə hazırlıq görür. Dəfələrlə Azərbaycan tərəfindən ən yüksək səviyyədə Ermənistana xəbərdarlıq edilib. Vurğulanıb ki, sülh istəyi varsa, razılaşmanı imzalamaq olar. Əgər sülh yox, müharibə istəyi varsa, bu, Ermənistana baha başa gələcək.

- Yeni müharibə ilə Ermənistan nəyə nail olmaq istəyir? Situasiyanı dəyişməkdə məqsəd nədir?

- Bu, əslində, xəstə erməni xisləti ilə bağlı olan məsələdir. Azərbaycanın qələbəsini, şərtlərini qəbul etmək istəmirlər. Nəyə məcbur olurlarsa da, onu Bakının diqtəsi ilə edirlər. Bunu həzm etmək niyyətləri yoxdur. Bu işdə Ermənistana havadarlıq edənlərin rolu az deyil. Azərbaycan əraziləri 30 il Ermənistan tərəfindən işğalda saxlanılıb. 44 günlük müharibə nəticəsində əraziləri geri qaytarmaq mümkün olub. İndi isə erməni tərəfi müharibədəki məğlubiyyətə cavab olaraq revanşizmə can atır. Bu isə məntiqdən uzaqdır. Rəsmi Bakı tərəfindən dəfələrlə bəyan olunub ki, onun heç bir dövlətin ərazisinə iddiası yoxdur. Azərbaycan 2020-ci ildəki müharibədə özünün beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğaldan azad edib. Bunu qəbul etmirlərsə də, reallıq belədir. Əgər qarşı tərəf bu reallığı qəbul edə bilmir və yeni müharibəyə hazırlaşırsa, Azərbaycan buna da hazırdır. Növbəti dəfə alacaqları zərbədən özlərinə gələ bilməyəcəklər və alacaqları cavabdan bir daha Azərbaycan torpaqlarına baxmaq cürətləri olmayacaq. Artıq hər şey bitib. Bu, onlara edilən son xəbərdarlıqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Mart 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri