Vizaların aradan qaldırılması turizmə müsbət təsir göstərir Ceyhun Aşurov
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Azərbaycan son dövrlər bir sıra ölkələrlə viza rejimini ləğv edir. Təbii ki, bunların bəziləri sırf siyasi yaxınlıqla əlaqədardır, amma bəzi ölkələrlə turizm əlaqələri və səyahətlər mövcuddur. Bu, gəliş-gedişə də müsbət təsir göstərə bilər".
Bu barədə Redaktor.az-a açıqlamasında turizm üzrə ekspert Ceyhun Aşurov bildirdi.
Onun sözlərinə görə, bəzi Avropa ölkələri ilə viza rejiminin ləğv olunması, eləcə də Maldivlərlə və Bəhreynlə vizanın aradan qaldırılması bu ölkələr arasında turist axınına müsbət təsir edə bilər:
"Amma uzaq ölkələrə və ya müəyyən Afrika ölkələrinə səfərlər olsa da, bu, ilk növbədə daha çox siyasi yaxınlaşmanın göstəricisidir. Gələcəkdə iki ölkə arasında siyasi, iqtisadi və təhsil sahələrində yaxınlaşmanın şahidi ola bilərik və nəticə etibarilə bu yaxınlaşma qarşılıqlı səyahətlərə də müəyyən qədər kütləvi olmasa belə təsir göstərə bilər. Ümumiyyətlə, daha sərbəst səyahətlərin olması üçün viza prosedurlarının asanlaşdırılması vacibdir. Xüsusən hədəf bazarlarında bu məsələlərin sadələşdirilməsi, vizaların aradan qaldırılması və birbaşa uçuşların təmin olunması turizmə müsbət təsir göstərər".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 27 Noyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















