Icma.az
close
up
RU
Ceyhun Aşurov: Turistlərin Azərbaycana gəlməsi üçün DAHA ÇOX səbəblər yaratmalıyıq

Ceyhun Aşurov: Turistlərin Azərbaycana gəlməsi üçün DAHA ÇOX səbəblər yaratmalıyıq

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Azərbaycan qonşu ölkələrlə müqayisədə daha az turist qəbul edir. Turizm digər sahələrin də inkişafına müsbət təsir göstərməlidir".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycanın turizm potensialındakı boşluqları dəyərləndirən turizm eksperti Ceyhun Aşurov deyib.

O bildirib ki, Azərbaycanın turizm potensialı böyükdür:

"Azərbaycanın iqlimi, təbiəti, ərazisi, tarixi abidələri və sair zəngin imkanları mövcuddur. Ölkəmizdə turizm bazarı genişdir. Amma bir fakt var ki, Azərbaycan qonşu ölkələrlə müqayisədə daha az turist qəbul edir. Bunun bir sıra obyektiv səbəbləri var. Müharibədən sonrakı dövrdə təhlükəsizlik və başqa səbəblərlə bağlı bizim quru sərhədlərimiz hələ də bağlıdır. Bu, müəyyən qədər ölkəyə gələn turistlərin sayına təsir edir. Uçuş nöqtələrimizin sayı artırılır".

C.Aşurov vurğulayıb ki, ixraca bərabər olan sahələrdən biri də turizmdir:

"Turizmdən gələn gəlirlər ciddi valyuta mənbəyidir. Turizm digər sahələrin də inkişafına müsbət təsir göstərməlidir. Turizm aktivlik, məşğulluq, yeni iş imkanları yaradır, büdcəyə daxilolmaları artırır. Bu mənada turistlərin Azərbaycana gəlməsi üçün biz daha çox səbəblər yaratmalıyıq. Turistlər Azərbaycanı rahat nəqliyyat, uçuş imkanları, əlverişli qiymətə səyahət, vizanın olmaması, yaxud da "Asan viza"nın daha çox ölkələrə tətbiq olunması, hotellərin, qalma yerlərinin sayı, turizm məhsullarının müxtəlifliyi səbəblərinə görə seçə bilərlər. Sadaladığım nüanslarda bir az da inkişaf etməliyik.

Azərbaycanda səkkiz beynəlxalq hava limanı var. Amma fakt budur ki, yalnız Bakıdakı hava limanı aktiv işləyir. Mən arzu edərdim ki, Gəncə, Lənkəran kimi digər beynəlxalq hava limanlarına da bu yüklər paylanılsın. Turizm nöqteyi-nəzərdən digər hava limanlarının aktiv işləməsi, rüsumların azaldılaraq ucuz hava daşıyıcılarının oraya uçuşlar etməsi ciddi şəkildə bu proseslərə təkan verə bilər. Bizim hədəf bazarlarımız məlumdur, var. Hazırda həm rüsumlar, həm də nəqliyyatın özünün baha olması ümumi turizm paketində qiymətləri yuxarı çəkir. Biz ölkəyə gəlməni daha da asanlaşdırmalı, əlverişli etməliyik".

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Mart 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see325

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see147

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see145

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see145

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

Zelenski: İlin ən gərgin diplomatik günləridir

28 Dekabr 2025 16:54see133

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see132

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri