Vladanka Andreyeva: Əlilliyi olan şəxslər qeyrimütənasib şəkildə iqlim dəyişiklikərinin təsirinə məruz qalırlar AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 3 dekabr, AZƏRTAC
Əlilliyi olan şəxslər dünya əhalisinin 16 faizini təşkil edir. Həmin qəbildən olan şəxslər qeyri-mütənasib şəkildə iqlim dəyişikliklərinin təsirinə məruz qalırlar. Odur ki, qlobal bəla ilə mübarizədə onların səsinin eşidilməsi, rəhbərlik keyfiyyətlərindən yararlanmaq vacibdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş "Əlilliyi olan şəxslərin iştirakı ilə iqlim həllərinin təkmilləşdirilməsi" mövzusunda tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib.
"Azərbaycan COP29 konfransını uğurlu ev sahibliyi ilə çox yaxşı şəkildə başa vurdu. Həmin mötəbər tədbirdə əlilliyi olan şəxslərin də çıxışı, iştirakı da təmin olundu. Braziliyada keçiriləcək COP30-a qədər Azərbaycan COP29 Sədrliyi olaraq fəaliyyətini davam etdirəcək. Biz inklüzivliyin təmin olunması, əlilliyi olan şəxslərin iqlim dəyişikliyi əleyhinə mübarizədə iştirakının təmin olunması ilə bağlı işlərimizi bundan sonra da davam etdirməliyik", - deyə V.Andereyeva bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 03 Dekabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















