Vladimir Grebnev: Ekosistemin deqradasiyası Xəzər regionunda yaşayan milyonlarla insana birbaşa ciddi təsir göstərir AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 19 noyabr, AZƏRTAC
Qarşımızda mühüm vəzifə durur, hansı ki, iqtisadi maraqlardan və siyasi ayrılıqlardan üstündür. Bu vəzifə bizim birgə gələcəyimizi qorumaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Asiya üzrə Regional Ətraf Mühit Mərkəzinin regional iqlim dəyişmələri üzrə mütəxəssisi Vladimir Grebnev Xəzər dənizinin ekologiyası mövzusunda keçirilən QHT-lərin beynəlxalq forumunda söyləyib.
O bildirib ki, Xəzər regionu böyük iqtisadi-mədəni resurslara malikdir və hazırda iqlim dəyişmələrindən əziyyət çəkir. “İqlim dəyişmələrinin fəsadları ilə Xəzər regionu da daxil olmaqla, bütün dünya üz-üzədir. Su səviyyələrinin dəyişməsi, qlobal istiləşmə, ekosistemin deqradasiyası Xəzər regionunda yaşayan milyonlarla insana birbaşa ciddi təsir göstərir. Bu cür çağırışlar bizdən birgə əmakdaşlığı, birgə fəaliyyət göstərməyi tələb edir”, - deyən ekspert qeyd edib ki, bu tədbir Xəzəryanı ölkələrin bir araya gəlməsi və müzakirələr aparması üçün möhtəşəm platformadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 19 Noyabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















