Vladimir Putin İranın yeni ali rəhbərini təbrik edib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Moskva, 9 mart, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin İran İslam Respublikasının yeni seçilmiş ali rəhbəri ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Vladimir Putin Seyid Müctəba Hüseyni Xameneini İranın ali rəhbəri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Bildirib ki, hazırkı şəraitdə bu yüksək vəzifədə fəaliyyət göstərmək cəsarət və fədakarlıq tələb edəcək.
Rusiya Prezidenti yeni rəhbərin atasının başladığı işi davam etdirəcəyinə əminliyini ifadə edib və Tehrana dəstəyin davam edəcəyini təsdiqləyib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Baxış sayı:179
Bu xəbər 10 Mart 2026 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















