Volkan Dəmirəl: “Azərbaycandan gələcək təklifləri müsbət qiymətləndirə bilərəm” MÜSAHİBƏ
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Futbolçu dönəmimin son dövrlərində Azərbaycandan bir-iki təklif və görüşmələr oldu, amma nəticələnmədi. Hər hansı bir razılıq əldə edilmədi”.
Bunu Türkiyə millisinin və “Fənərbağça”nın sabiq qapıçısı Volkan Dəmirəl AZƏRTAC-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” komandası hazırda turnir cədvəlində 7 xalla 22-ci pillədə qərarlaşıb. Qarşıda Almaniyanın “Ayntraxt” və İngiltərənin “Liverpul” klubları ilə oyunlar var. Bu matçlarla bağlı gözləntiləriniz necədir?
- “Qarabağ”ın oyunlarını izləyirəm və ümumilikdə çox uğurlu çıxış etdiklərini deyə bilərəm. Komanda yaxşı formadadır. Bəzi oyunçularını diqqətlə izləyirəm və onlara gələcək matçlarda da uğurlar arzulayıram. Qarşıdakı görüşlər çətin olacaq, amma komandanın potensialı yüksəkdir və yaxşı nəticələr gözləmək olar.
- Komandada bəyəndiyiniz oyunçular varmı?
- Bəli, xüsusilə Kevin Medinaya diqqət yetirirəm. Onu 2-3 il əvvəl izlədim və çox yaxşı müdafiəçi olduğunu gördüm. Nəriman Axundzadə isə son iki ildə komandaya həm çoxlu qollar, həm də vacib nəticələr qazandırıb. Onun çıxışını da yüksək qiymətləndirirəm. Bu oyunçuların həm fərdi, həm də komanda üçün böyük əhəmiyyəti var.
- Futbolçu karyeranız dövründə Azərbaycandan təklif almışdınızmı?
- Futbolçu dönəmimin son dövrlərində Azərbaycandan bir-iki təklif və görüşmələr oldu, amma nəticələnmədi. Hər hansı bir razılıq əldə edilmədi.
- Baş məşqçi kimi Azərbaycandan gələcək təkliflərə necə baxarsınız?
- Baş məşqçi olaraq deyə bilərəm ki, Azərbaycan futbolu son illərdə çox inkişaf edir. Azərbaycan millisinin üzvü Renat Dadaşov ilə “Hatayspor”da birlikdə çalışmışıq, onunla hələ də əlaqəmiz var və inkişafını izləyirəm. Şərtlər uyğun olarsa və komanda üçün doğru seçimdirsə, Azərbaycandan gələcək təklifləri müsbət qiymətləndirə bilərəm.
- Azərbaycan milli komandası ilə də qarşılaşmısınız. Həmin matçı necə xatırlayırsınız?
- Üzərindən çox vaxt keçib, amma o matç mənim üçün xoş xatirələrdən biridir. Biz qardaş ölkəyik və Azərbaycanla qarşılaşmaq, orada futbol oynamaq həmişə mənim üçün böyük məmnuniyyət olub. Hər dəfə orada olmaq mənə xüsusi hisslər yaşadıb.
- Sabiq komandanız “Fənərbağça”nın Superliqadakı çempionluq şanslarını necə dəyərləndirirsiniz?
- Bu il “Fənərbağça”nın çempionluq şansı əvvəlki illərə nisbətən daha yüksəkdir. Son bir aydır həm komandanın, həm də klubun əhvali-ruhiyyəsi çox yaxşıdır və hamı çempionluğa inanır. Komanda oyun baxımından da stabil performans göstərir, buna görə də uğurlu nəticələr əldə edə biləcəklərinə inanıram.
- Türkiyə yığmasının dünya çempionatına vəsiqə şansını necə görürsünüz?
- Türkiyə millisində çox yaxşı nəsil formalaşıb. Gənclər istedadlı və perspektivlidirlər. Əminəm ki, düzgün hazırlıq ilə onlar gələcəkdə uğur qazana biləcəklər.
- Son dövrlərdə Türkiyə futbolunda mərc qalmaqalı çox müzakirə olunur. Bu barədə nə deyə bilərsiniz?
- Mən hesab edirəm ki, futbol təbii bir oyun olmalıdır və nəticələr yalnız meydanda müəyyənləşməlidir. Hesaba və oyun nəticəsinə təsir edən hər hansı amil varsa, mütləq cəzalandırılmalıdır. Bu, oyunun şəffaflığı və idman prinsiplərinin qorunması üçün vacibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 16 Yanvar 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















