Icma.az
close
up
RU
Volkan Dəmirəl Mourinyonun köməkçisi olacaqmı?

Volkan Dəmirəl Mourinyonun köməkçisi olacaqmı?

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

“Fənərbaxça” üçün böyük ümidlərlə başlayan mövsüm kabus kimi bitdi. Artıq ciddi dəyişikliklər zamanıdı.

"Football-plus.az" xəbər verir ki, bu dəyişikliyə ötən cümə günü start verildi.
İki təcrübəli futbolçu – Edin Ceko və Duşan Tadiçlə yollar ayrıldı. Normal şərtlərdə bu cür ulduzlar son matçdan öncə meydana çıxmalı və onlara alqış sədaları altında xatirə hədiyyəsi təqdim olunmalıdı. Amma bu futbolçuların, eləcə də başqan Əli Koç və vitse-prezident Acun Ilıcalı kimi nüfuzlu şəxslərin iştirakı ilə keçirilən vida mərasimi klubun bazasında baş tutdu. Şəkillərdə arxa fonda qaz plitəsinin, onun üstündə qab-qacağın olması sosial şəbəkələrdə böyük müzakirələrə səbəb oldu. Adolf Hitler həyatının son günlərini bunkerdə keçirdiyi və Yeva Braun ilə bunkerdə ailə qurduğu kimi “Fənər”in ulduzları da qaranlıq bunkeri xatırladan bir məkanda vidalaşmağa üstünlük verdilər!
Deyilənə görə onlar fanatların etirazından çəkindikləri üçün bu yolu seçdilər. Ötən il Leonardo Bonuççi stadionda vidalaşarkən ciddi fit və etiraz sədaları eşidilmişdi. Ceko ilə Tadiçin vida mərasimi 2019-cu uldə Volkan Dəmirəlin rəhbərlikdən üzr istəyərək əfv olunduqdan sonra keçirdiyi ilk mətbuat konfransını xatırlatdı. Həmin vaxt Volkan portatif bir masanın başında əyləşmişdi. Onun başının üzərində isə divara köhnə bir televizor vurulmuşdu.
Yeri gəlmişkən, Dəmirəl bu aralar çox gündəmdədi. Məlum olduğu kimi “Fənər”in Joze Mourinyonu qovmağa gücü çatmasa da, onun köməkçilərini qovmağa gücü çatıb. Məhz Dəmirəlin portuqalıyalının köməkçilərindən birinə çevriləcəyi iddia edilmi.di. 43 yaşlı mütəxəssis son açıqlamasında həm bu məsələyə, həm də gündəmdəki mövzulara toxunub. O, “Fənər”in sabiq üzvlərinin bir araya gəlməsi haqda da danışıb. Belə ki, “sarı-lacivərdlilər”in sabiq yerli ulduzları - Volkan Dəmirəl, Semih Şəntürk, Canər Ərkin, Tuncay Şanlı, Səlcuk Şahin və Gökhan Gönül bu günlərdə bir restoranda görüşərək söhbət ediblər. Onların birlikdə çəkdirdiyi şəkil marağa və müzakirələrə səbəb olub.
Sözü verək Volkana:

“Doğru zaman gəldikdə “Fənərbaxça”da işləyəcəm. Doğru zaman nə vaxtdı? Allah bilir (gülür). Bu saatdan sonra mən heç kimin köməkçisi olmaq istəmirəm! Nələr olacağını birlikdə görəcəyik. Sabiq komanda yoldaşları olaraq görüşmək qərarına gəldik. Təbii ki, komandanın durumunu da müzakirə etdik. Amma əsasən köhnə xatirələrimizlə bölüşdük. Pley-offun finalını izləmək üçün Sakaryaya getmişdim. Orda Tuncay Şanlı ilə qarşılaşdıq. Qərara gəldik ki, bir yerə yığışaq. Eyni məhəllədəki dostları da çağırdıq. İşim olduğu üçün həmin yeməyə gec qatılmalı oldum. Tadiçlə Cekonun vida mərasiminin mənim 2019-cu ildə keçirdiyim mətbuat konfransına bənzəməsi barədə şərhlər oxudum. Mənim durumum bir qədər fərqli idi. Çünki həmin gün yağış yağırdı. Qapalı bir məkanda keçirmək istədik. Qısa müddətdə qərar verməli idik və oranı seçdik. Mənə qarşı vəfasızlıq edildiyini düşünmürəm. Amma digərlərinin əvəzinə fikir bildirə bilmərəm. Bu suala həmin şəxslər özləri cavab verməlidi. Mənim ümumiyyətlə “Fənərbaxça” ilə bağlı heç bir incikliyim yoxdu. Bu klub ilə birlikdə həm üzülürük, həm də sevinirik. Bizim üçün “Fənərbaxça”nın olduğu hər yerdə xoşbəxtlik var”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 İyun 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri