Volkswagen də böhran dərinləşir
Icma.az, Banco.az saytına istinadən bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
Almaniyanın avtomobil istehsalçısı "Volkswagen" bazar şərtlərinin pisləşməsi və lüks avtomobil markası "Porsche" ilə bağlı milyardlarla avro dəyərində dəyərsizləşmə itkisi səbəbindən mənfəət marjası üzrə hədəflərini əhəmiyyətli dərəcədə aşağı salıb.
Banco.az xəbər verir ki, şirkətin tarixindəki ən böyük yenidənqurma proseslərindən birini həyata keçirdiyi bir vaxtda baş verən bu dəyişiklik Almaniya avtomobil sənayesindəki problemlərin dərinləşdiyini göstərir.
Volkswagen-in Müşahidə Şurası cümə günü keçirilən fövqəladə iclasdan sonra maliyyə hədəflərinin aşağı istiqamətdə yenidən nəzərdən keçirildiyini açıqlayıb.
Şirkətin açıqlamasına görə, xüsusilə "Porsche" bölməsi ilə bağlı yeni ortamüddətli proqnozlar nəzərə alınaraq, təxminən 6 milyard avro dəyərində dəyərsizləşmə itkisi qeydə alınıb.
Bununla yanaşı, "Volkswagen" 2026-cı il üzrə birdəfəlik xərclərinin ümumi həcminin 10 milyard avroya çatacağı gözlənilir.
Şirkət bazar şəraitindəki dəyişikliklərin və avtomobil sektorunda artan təzyiqlərin maliyyə göstəricilərinə təsir etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 19 Sentyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















