Volodimir Zelenski: ABŞ Əmirliklərdə üçtərəfli görüş təklif edir
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Amerika tərəfi Ukrayna ilə üçtərəfli danışıqlarla bağlı təşəbbüs irəli sürüb və artıq məkan barədə qərar verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib.
ABŞ texniki səviyyədə, üçtərəfli formatda hazırlıq görüşünün keçirilməsini təklif edib.
“Üçtərəfli görüşlə bağlı Amerika tərəfi onu hazırlamağı və texniki səviyyədə üçtərəfli formatda görüşməyi təklif edib”, - deyə Ukrayna Prezidenti bildirib.
ABŞ məkan olaraq Birləşmiş Ərəb Əmirliklərini seçib. Ukrayna hazırda Vaşinqtondan tarixlə bağlı təklif gözləyir.
Zelenski qeyd edib ki, Yaxın Şərq ölkələri Qara dənizdə atəşkəslə bağlı Rusiya ilə artıq əlaqə saxlayıb. O təsdiqləyib ki, Kiyev bu təmasların nəticələrini gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 25 Sentyabr 2026 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















