Icma.az
close
up
RU
Vuçiç Aİ nin genişlənmək niyyətini açıqlayıb

Vuçiç Aİ nin genişlənmək niyyətini açıqlayıb

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Serbiya Avropa rəsmilərindən Avropa İttifaqının (Aİ) genişlənməyə hazır olduğunu göstərən ümidverici siqnal alıb.

“Report” xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Albaniyanın paytaxtı Tiranada "Avropa Siyasi Birliyi"nin 6-cı sammiti çərçivəsində çıxışı zamanı bildirib.

“İnanıram ki, Avropa institutlarından bir mühüm, əhəmiyyətli mesaj almışıq, daha dəqiqi, Avropa indi əvvəlkindən daha çox genişlənməyə meyllidir və biz öz üzərimizə düşəni etsək, bu dəstəyə arxalana bilərik. Bu, bəlkə də yeni enerji, yeni ambisiyalar gətirəcək mühüm siqnaldır və inanıram ki, Serbiya üçün mühüm nəticələr əldə edə biləcəyik”, - o deyib.

Serbiya Prezidenti qeyd edib ki, sammit iştirakçılarının əsas diqqəti Rusiya əleyhinə məhdudiyyətlərə yönəlib. “Rusiyaya qarşı sanksiyalar bu gün plenar iclasda çıxış edən bir çox iştirakçının çıxışının mühüm hissəsi oldu – bunu demək olar ki, hamıdan eşitmək olardı”, - o vurğulayıb.

Xatırladaq ki, Avropa Şurasının rəhbəri Antoniu Koşta mayın 13-də Serbiyanın rəhbəri ilə görüşü zamanı Belqradı Aİ ilə birlikdə “tarixini aşmağa”, Aİ-nin xarici siyasətini tam dəstəkləməyə, Ukraynanı dəstəkləməyə, həmçinin Kosovo ilə münasibətləri normallaşdırmağa çağırıb. Vuçiç isə cavab olaraq bildirib ki, o, yalnız öz xalqına xidmət etməyə borcludur.

Qeyd edək ki, Aİ üzvlüyünə rəsmi namizəd statusuna malik ölkələr Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqrodur. Rəsmi Brüssel Serbiyaya təzyiq edir ki, tanınmamış Kosovoya bu statusun verilməsinə razı olsun, bu isə faktiki olaraq Kosovanın müstəqilliyinin rəsmən tanınmasına bərabər olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 May 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see256

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see242

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see241

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see237

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see236

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see233

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see231

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see231

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see214

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see210

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see206

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see197

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see197

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see197

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see196

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see196

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see193

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see190

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see189

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri