Icma.az
close
up
RU
“Vüqar Həşimov Memorialı”nın açılış mərasimi keçirildi

“Vüqar Həşimov Memorialı”nın açılış mərasimi keçirildi

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada 10-cu dəfə keçirilən şahmat üzrə “Vüqar Həşimov Memorialı”nın açılış mərasimi baş tutub.

Futbolpress.az xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkil etdiyi turnirin açılış mərasimi Şuşa otelində olub.

Əvvəlcə Şuşa rayonunda Azərbaycan Respublikasının xüsusi nümayəndəliyinin baş məsləhətçisi Süleyman Rüstəmov çıxış edərək qonaqları salamlayıb. Sonra Vüqar Həşimovun ömür yoluna və karyerasına həsr olunan video nümayiş etdirilib. Ardınca Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov çıxış edərək turnirdə güclü şahmatçıların iştirak etdiyini vurğulayıb. M.Məmmədov Vüqar Həşimovun dünyanın tanınmış şahmatçılarından biri olduğunu qeyd etməklə turnirin böyük tarixə malik olduğunu bildirib.

Əvvəlki illərdə Şəmkir, Bakı və Qəbələdə baş tutan Vüqar Həşimov Memorialının tarixi anlarını əks etdirən video göstərilib. Bundan sonra isə söz Vüqar Həşimov Memorialının Təşkilat Komitəsinin rəhbəri, Vüqar Həşimovun atası Qasım Həşimova verilib. Qasım Həşimov ailəsi adından turnirin ənənəvi olaraq hər il keçirilməsinə dəstək olan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Açılış mərasiminin sonunda “Vüqar Həşimov Memorialı”nın baş hakimi Rauf Hacılı şahmatçılara qaydalar barədə məlumat verib. Sonra püşk mərasimi təşkil olunub. Şahmatçılar xüsusi saatları seçərək sıra nömrələrini müəyyənləşdirib.

Rapid yarışında 1-ci turda rəmzi olaraq ilk gedişləri Vüqar Həşimovun atası Qasım Həşimov, AŞF rəhbəri Mahir Məmmədov, ikiqat paraolimpiya oyunlarının qalibi, dəfələrlə dünya və Avropa çempionu İlham Zəkiyev və Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibinin müavini Mədət Quliyev edib.

Qeyd edək ki, Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır. Turnirdə eyni zamanda Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.

Yarışın qalibi rapid və blits üzrə oyunların nəticələrinin cəminə əsasən müəyyənləşəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 İyul 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri