Icma.az
close
up
RU
Mahir Məmmədov: Vüqar Həşimov Memorialı dünya şahmatına böyük töhfədir

Mahir Məmmədov: Vüqar Həşimov Memorialı dünya şahmatına böyük töhfədir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov dekabrın 9-da start götürəcək XI Vüqar Həşimov Memorialı ilə bağlı danışıb.

AZƏRTAC xəbər verir ki, turnirin mətbuat xidmətinə açıqlama verən federasiya rəsmisi yarışın davamlı keçirilməsinin sevindirici hal olduğunu söyləyib.

Onun sözlərinə görə, bu turnir Vüqar Həşimov Şahmat Fondu, Azərbaycan Şahmat Federasiyası və əlaqədar təşkilatların birgə səyinin nəticəsidir: “Tədbirin mütəmadi olaraq keçirilməsi Vüqar Həşimov şəxsiyyətinin miqyasını göstərir. Bu həm də dünya şahmatçıları tərəfindən Vüqarın adının yüksək tutulması ilə əlaqədardır. Sadaladığım amillər memorialın uzun illər keçiriləcəyinə əsas verir. İlk illərdə yarış Şəmkir, Bakı və Qəbələ şəhərlərində keçirildi. Son illərdə isə işğaldan azad edilmiş ərazilərdə baş tutur. Memorialın Şuşa və Xankəndidə təşkil olunması gözəl ənənədir və bunu davam etdirəcəyik. Turnirin gələcəkdə müxtəlif ünvanlarda keçirilməsi də istisna edilmir. Bu isə Azərbaycanın digər bölgələrinin tanıdılması üçün gözəl vasitədir. Azərbaycanın şahmat ənənələrini, gücünü nəzərə alsaq, turnir dünya şahmatına olan böyük töhfədir”.

Federasiya rəhbəri Memorialın FIDE dünya çempionatının seçmə mərhələsinə daxil edilməsi ilə bağlı da fikirlərini bildirib: “Vüqar Həşimovun xatirə turniri ilk günlərdən ən yüksək səviyyədə təşkil olunub. Bu səbəbdən turnirin FIDE tərəfindən seçmə mərhələnin tərkib hissəsi kimi qəbul olunması əbəs deyil. İnanırıq ki, bu belə də olacaq və gələcəkdə daha yüksək səviyyələrə qalxacaq”.

M.Məmmədov mərhum Avropa çempionu ilə bağlı düşüncələrini də bölüşüb: “Vüqar Həşimov Azərbaycanın şahmat tarixində çox parlaq, unudulmaz iz qoyub. İlk addımlarından son günlərinədək gözümüzün qabağında idi. Dünyanın ən görkəmli, aparıcı şahmatçılarından birinə çevrilməsinin, qələbələrinin şahidi olduq. Adı “Ginnesin rekordlar kitabı”na salınan Faiq Həsənovun 85 illiyinə həsr olunmuş filmdə Vüqar Həşimov haqqında maraqlı kadrlar da geniş tamaşaçı kütləsinə çatdırılıb. Fəxr hissi ilə deyə bilərəm ki, Vüqar şahmat nəzəriyyəsinə də böyük töhfələri ilə yadda qalıb. Bu sözü çox az şahmatçı haqqında demək olar. Sevinirik ki, bu ad, bu xatirə daim yaşayır. Bu, təkcə memorial turniri deyil. Bu turnirin gələcəkdə “Baku Chess Tour”a əlavə olunması istisna edilmir. Vüqarın xatirəsi daim yaşayacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri