Vüqar İbadov: Vizual media Qarabağ hekayələrinin çatdırılmasında mühüm rol oynayır
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 15 oktyabr, AZƏRTAC
Vizual media vasitəsilə təqdim olunan şəkillər və videolar auditoriyanın hekayəni daha dərindən anlamasına və hiss etməsinə imkan yaradır.
Bu sözləri Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri Vüqar İbadov Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə keçirilən “Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” mövzusunda panel görüşündə səsləndirib.
V. İbadov vurğulayıb ki, vizual media Qarabağ hekayələrinin çatdırılmasında mühüm rol oynayır. O bildirib ki, vizual media yalnız məlumat ötürmək üçün deyil, həm də auditoriyanın hekayəni hiss etməsi üçün istifadə olunur: “Bir şəkil ilə biz izah edirik ki, bu torpaqların əsl sahibləri kimdir. Torpağın sahibi onu qurmaq barədə düşünür, sahib olmayan isə yalnız dağıdır. Bu səbəbdən vizual media sözə nisbətən daha güclüdür”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 15 Oktyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















