Vüqar Məmmədovun saxlanılma yeri dəyişdirildi
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, “Hurriyyet TV”nin rəhbəri Vüqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"AzPolitika" Qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda iş üzrə üç şirkət zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxsin vəkili Aqil Layıc deyib ki, müvəkkilinin işi Prezident Administrasiyasının sabiq rəisi Ramiz Mehdiyevin cinayət işindən ayrılıb. O, xüsusilə ağır cinayətdə ittiham edilməyən.Vüqar Məmmədovun ev dustaqlığına buraxılmasını istəyib.
Prosesdə qaldırılan digər vəsatət isə təqsirləndirilən şəxsin hazırda saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı olub.
Birinci vəsatət rədd, ikincisi isə təmin edilib. V.Məmmədovun Bakı İstintaq Təcridxanasına etap edilməsi qərara alınıb.
İlk baxış iclası da mayın 18-nə təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 04 May 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















