Vüqar Mustafayev müdafiə sənayesi sahəsində fəaliyyətə başlaması üçün Haluk Bayraktara xüsusi lisenziya təqdim edib
Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar ilə görüşüb.
Bu barədə Missiya.Az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir şirkət rəhbərini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edərək, ölkələr arasında digər sahələrdə olduğu kimi müdafiə sənayesi sahəsində də əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.
Görüş zamanı Azərbaycanın müdafiə sənayesi sahəsinin inkişaf etdirilməsi baxımından “Baykar” şirkəti ilə mövcud əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonda V. Mustafayev “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin Azərbaycanda müdafiə sənayesi sahəsində fəaliyyətə başlaması üçün xüsusi lisenziyanı H.Bayraktara təqdim edib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 13 Mart 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















