Vüqar Nadirovun “Hypers Quba”dan gedişinin səbəbi: “Bir az yoruldum” İdman və Biz
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Klubdan öz istəyimlə ayrılmışam”.
Bunu İdman.bizə Azərbaycanın 2-ci liqa təmsilçisi “Hypers Quba”nın baş məşqçisi Vüqar Nadirov deyib.
O, klubdan ayrılmasının bir sıra səbəblərinin olduğunu bildirib: “Amma bu, klubdaxili məsələ olduğu üçün bu barədə danışmayacam. Bir az zaman keçdikdən sonra hər şeyə aydınlıq gələcək. Lakin klubda hər şey yaxşı idi. Sadəcə, bir az yoruldum. Ona görə də belə qərar verdim”.
Nadirov vurğulayıb ki, yorulmasına baxmayaraq hazırda 4-5 klubla danışıqlar aparır: “Yaxın günlərdə harada çalışmağımla bağlı qərar verəcəm”.
Qeyd edək ki, Nadirovla birlikdə köməkçiləri və idman direktoru Fuad Hüseynov da düşərgəni tərk edib.
Banuçiçək Hüseynli
İdman.biz
Bu mövzuda digər xəbərlər:Vüqar Nadirovun Hypers Gubadan getmək SƏBƏBİ İdman və Biz
15 Noyabr 2024 13:01
Vüqar Nadirovun Hypers Gubadan getməsinin SƏBƏBİ məlum oldu
15 Noyabr 2024 16:13
Vüqar Nadirov “Hypers Quba”nı tərk edib İdman və Biz
14 Noyabr 2024 00:23
Hypers Quba dan mövsümün son matçında qələbə VİDEO
22 May 2025 01:00
“Bizə çılğın məşqçi lazımdı” “Hypers Quba”dan açıqlama
13 Dekabr 2024 14:01
Baxış sayı:84
Bu xəbər 14 Noyabr 2024 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















