Icma.az
close
up
RU
Vüqar Rəhimzadə: Yalanların həqiqəti inkar etməsi mümkünsüzdür

Vüqar Rəhimzadə: Yalanların həqiqəti inkar etməsi mümkünsüzdür

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın milli mənafeyini şəxsi ambisiyalarına  qurban verən radikal düşərgə nümayəndələri, xaricdəki antimilli ünsürlər sosial media platformasında  yalan danışmağı, şər-böhtan atmağı adi hala çeviriblər.   Təxminən 30 ilə yaxın müddətdə xarici anti-Azərbaycan dairələrə maşalıq edən bu antimilli ünsürlər ancaq dağıdıcılığı, inkarçılığı, pozuculuğu təbliğ etməklə məşğuldurlar. Azərbaycanın  uğurlarını, Zəfərlərini heç cür həzm  edə bilməyən bu ünsürlər  xəstə təxəyyülə əsaslanan şərhləri, qeyri-ciddi  fikirləri ilə ictimai rəyi çaşdırmağa, özlərini gündəmdə saxlamağa  səy göstərir, bununla da özlərinə qarşı ictimai qınağı son hədəfə çatdırırlar. Bu ünsürlər unudurlar ki, ictimai qınaq ən böyük cəzadır.  Ağa qara deməklə ölkəmizdə mövcud olan inkişafa, sabitliyə, demokratik mühitə kölgə salmaq cəhdləri hər zaman boşa çıxsa da, “bəlkə alındı” prinsipini fəaliyyətlərinin əsasında saxlamaqla belə ikrah doğuran əməllərini davam etdirirlər. Onların anti-Azərbaycan qüvvələrlə işbirliyi inkaredilməz həqiqətdir. Həmin qüvvələrin hər fürsətdə ölkəmizin əleyhinə təbliğat aparmaları,   uğurlarımızı görməzdən gəlmələri cəmiyyətdə nifrət hissini  daha da artırır.  Bu gün ölkəmiz öz daxili imkanları hesabına  azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərini həyata keçirərək, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışını təmin edir. Prezident İlham Əliyev tarixi Zəfərimizdən dərhal sonra bərpa işlərinə başlanan andan belə bir çağırışı etdi ki, Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevriləcək, bura qayıdan soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri addımlar atılacaq. Bu gün böyük əminliklə qeyd edirik ki, Qarabağda və Şərqi Zəngəzurda görülən işlər Azərbaycanın şəhərsalma təcrübəsinin dünyaya təqdimatıdır. Bu qədər nəhəng işləri həyata keçirən dövlətin siyasətini təqdir etmək əvəzinə sosial mediada platformasında qarayaxma ilə məşğul olmaq avantürizmdir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, xəbis xislət, Azərbaycanın uğurlarını həzm edə bilməmək həmin qüvvələrin həqiqətləri etiraf etməsinə imkan vermir. Belə olmasaydı həmin qüvvələr eyni mərkəzdən alınmış tezislər əsasında dövlətimizin uğurlu siyasətinə kölgə salmağa çalışmazdılar. Məsələn, hər fürsətdə Azərbaycana qarşı qarayaxma ilə məşğul olan Kərimov Əli gah sosial siyasəti tənqid edir, gah xarici siyasəti. Amma dediklərinin  Azərbaycan reallığı ilə heç bir əlaqəsi yoxdur. Hər zaman bu xatırlatmanı etməyi özümüzə borc bilirik ki, kərimov əlilər yaxşı olar ki,   özlərinin  də təmsil olunduğu AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə  yarıtmaz siyasətlərinin, idarəçilik qabiliyyətlərinin yoxluğunun ucbatından ölkədə yaratdıqları xaosu, anarxiyanı, özbaşınalıqları, ən əsas torpaqlarımızın bir-birinin ardınca işğalına şərait yaratmalarını yada salsınlar.  1992-ci ildə  hakimiyyəti zorla zəbt edən bu ünsürlərin xəyanətkar siyasəti nəticəsində Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı.  Ölkədə vətəndaş müharibəsi başlamışdı. Respublika dərin böhrana sürüklənmişdi. Azərbaycan bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Anarxiya, hərc-mərclik, talançılıq, korrupsiya, rüşvət baş alıb gedirdi. 1993-cü ildə ölkəmizi o ağır vəziyyətdən xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev xilas etdi.
Vüqar Rəhimzadə bildirib ki, istər ölkə daxilində, istərsə də ölkə xaricində anti-Azərbaycan dairələrdən aldıqları sifarişlər əsasında dövlətimizin beynəlxalq aləmdəki imicinə kölgə salmağa cəhd etmək, ölkəmizin inkişafı, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımları qaralamaq, populist çıxışlar etmək, bitib-tükənməyən iftiralar və qarayaxmalar “yalan maşınına” çevrilən bu qüvvələrin əslində iflasa uğradığının göstəricisidir. Bu üzdəniraq qüvvələr hər fürsətdən istifadə edərək Azərbaycan dövlətinin ünvanına iftiralar səsləndirirlər. Məsələn, 12 gün davam etmiş İsrail-İran müharibəsi zamanı və ondan sonra həmin xəyanətkar qüvvələr Azərbaycanın İsrailə kömək etdiyi yalanını tirajlayırdılar. Amma İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani bəyan edib ki, 12 günlük müharibədə Azərbaycanın İsrailə yardım etdiyinə dair heç bir sübut yoxdur. İndi nə deyəcəksiniz, ay xəyanətkarlar! Bu qədər riyakar, satqın, avantürist olmaq olarmı?!
Millət vəkili vurğulayıb ki,  ədalətə və beynəlxalq hüquqa söykənən  müstəqil siyasəti sayəsində regionda  və dünyada öz mövqelərini daha da möhkəmləndirən, söz sahibinə çevrilən, dayanıqlı iqtisadi inkişafa malik olan,  Cənubi Qafqazın yeni inkişaf perspektivlərini müəyyənləşdirən, yeni dünya nizamının formalaşmasına töhfələri ilə diqqətdə olan  Azərbaycanın öz uğurları ilə radikal qüvvələri, xəyanətkarları, sosial mediada ölkəmizin əleyhinə təbliğat aparan bədxahlarımızı çox ciddi narahat etdiyi inkaredilməzdir. “Sapı özümüzdən olan baltalar” daim  xarici anti-Azərbaycan qüvvələrin cızdığı ssenarilərə uyğun olaraq  Azərbaycanın uğurlarına kölgə salmaq üçün cəhdlər edirlər. Amma  onların bu avantüraları, sayıqlamaları  fiaskoya məhkumdur. Yalanların həqiqəti inkar etməsi mümkünsüzdür. Bu gün beynəlxalq ictimaiyyət qalib, yeni dövrə qədəm qoyan Azərbaycanın dünyaya təqdim etdiyi təkmil inkişaf modelinin şahididir. Bu model Azərbaycanı Zəfərdən zəfərə aparır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Avqust 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see197

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see164

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see145

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see137

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see135

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see134

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see134

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see133

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri