Icma.az
close
up
RU
Vurğunun dərslikdən çıxarılması ilə bağlı nazirlikdən AÇIQLAMA

Vurğunun dərslikdən çıxarılması ilə bağlı nazirlikdən AÇIQLAMA

Icma.az bildirir, Bizim media portalına istinadən.

Ümumi təhsil pilləsi üzrə Azərbaycan dilinin tədrisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na əsasən hazırlanmış Azərbaycan dili fənni üzrə təhsil proqramına (kurikulumuna) uyğun həyata keçirilir.
Bu barədə Bizim.Media-nin sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:
Professordan dərsliklərdən vurğunun çıxarılmasına sərt REAKSİYA - “Bu, dilə sataşmaqdır”


Bildirilib ki, sözügedən kurikulumda vurğu ilə bağlı bilik və bacarıqlar əvvəlki kurikulumda olduğu kimi yalnız ayrıca və geniş nəzəri mövzu çərçivəsində təqdim edilmir.
Müasir yanaşmada əsas diqqət dil qaydalarının əzbərlənməsinə deyil, onların düzgün oxu, tələffüz və şifahi nitq prosesində praktik tətbiqinə yönəldilir. Bu səbəbdən vurğu ilə bağlı materiallar şagirdlərin yaş səviyyəsi gözlənilməklə, müvafiq mövzular çərçivəsində və ya onların nitq və oxu bacarıqlarının formalaşdırılması prosesində mənimsədilir.
"Məlumat üçün qeyd edək ki, vurğulu hecanın daha məqsədyönlü və səmərəli şəkildə mənimsənilməsinin təmin edilməsi məqsədilə Azərbaycan dili dərsliklərində ayrıca mövzular ümumi orta təhsil səviyyəsinin 7-ci (Vurğulu heca. Vurğusu dəyişməklə mənası dəyişən sözlər) və 8-ci siniflərində (Vurğulu heca ilə uzun saitli hecanın fərqləndirilməsi) təqdim edilib.
 

Nəticə etibarilə, müasir kurikulum yanaşmasında əsas məqsəd dil qaydalarının yalnız nəzəri şəkildə öyrədilməsi deyil, onların şagirdlərin dinləmə, danışma, oxu və yazı bacarıqlarında tətbiq edilməsidir. Bu baxımdan vurğu ayrıca mövzu kimi tədris olunmaqla yanaşı, ifadəli oxu, düzgün tələffüz, şifahi təqdimat və nitq mədəniyyətinin formalaşdırılması prosesində də sistemli şəkildə öyrədilir".


Qeyd edək ki, sosial mediada müəllimlər orta məktəb dərsliklərindən vurğu çıxarılması ilə bağlı müzakirə başlatmışdılar. Onların sözlərinə görə, əvvəllər 5-ci sinif Azərbaycan dili dərsliklərində vurğuya geniş yer verilirdi.Bir neçə ildir ki, vurğu dərslikdən çıxarılıb. Dərslikdə sadəcə bir sətir tərifi verilir, proqramda isə mövzuya geniş yer verilmir. Bu il isə buraxılış imtahanlarında və 3-cü qrup qəbul imtahanında vurğu ilə bağlı suallar düşüb.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli bildirib ki, vurğunun orta məktəb dərsliklərindən çıxarılması olduqca səhv yanaşmadır.Onun sözlərinə görə, vurğunu bilmədən Azərbaycan dilində düzgün danışmaq mümkün deyil. O, bunu dilə sataşmaq hesab etdiyini bildirib.
Fəridə, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Sentyabr 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri