Icma.az
close
up
RU
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar: sağ qalan sərnişin ilk dəfə açıqladı

Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar: sağ qalan sərnişin ilk dəfə açıqladı

Report.az saytına istinadən Icma.az xəbər verir.

“Həmişə deyirdilər, Allah qoruyanı od da yandırmır. Mən bu dəfə gözümlə gördüm ki, Allah qorudu, od da yandırmadı”.

Bunu “Report”a videomüsahibəsində Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası nəticəsində sağ çıxan Nurullah Siracov deyib.

N.Siracov deyir ki, qəza zamanı heç huşunu itirməyib, hər şeyə şahidlik edib:

“Yoldaşımla birlikdə Qroznıda yaşayan oğlumuzun yanına gedirdik. Təyyarə dronla vurulanda ayağım od tutub yandı, elə bildim deşildi. Yoldaşım dedi ki, bu nədir belə? Onu sakitləşdirmək üçün təyyarənin təkərlərinin yerinə oturduğunu söylədim. Amma özüm narahat oldum. Təhlükəsizlik kəmərimi açıb ayağımın altına baxdım ki, heç nə yoxdur, təyyarənin döşəməsi də olduğu kimidir. Yenidən söykənib oturmuşdum ki, bu dəfə təyyarə daha pis səslə arxadan vuruldu. Bələdçilər sərnişinləri sakitləşdirməyə çalışdı və deyildi ki, Qroznıya eniş edirik. Təyyarə yərə eniş etdi gördüm ki, artıq çatırıq, pəncərədən baxıb hava limanını da, zolaqlarını da, hava limanın binasını, təyyarələri gördüm. Təsəvvür edin, 10 mərtəbəli binadan aşağı baxırsınız. O qədər yerə yaxın idik. Yoldaşıma da dedim ki, daha arxayın ol, çatdıq”.

Onun sözlərinə görə, elə o anda təyyarə yenidən göyə qalxıb:

“İnanın, elə sürətlə qalxdıq ki, mən deyərdim təyyarə göyün yeddinci qatına çıxdı. Bələdçi bu anda elan etdi ki, yumşaq nə varsa qatlayıb, alnınızı oturacağa dirəyin, gözlərinizi yumun. Mənim də üstümdə qalın gödəkçə var idi, qatlayaraq verdim yoldaşıma, dedim, təlimata uyğun çatana qədər hərəkət etmə. Qorxmaq ağlıma belə gəlmirdi, fikrim ancaq yoldaşımda idi. Bir də onda gördüm ki, necə dəhşətli zərbə və səslə yerə dəydik. Dedim yəqin parça-parça olduq. Təbii ki, bunu öz-özümə deyirdim”.

Daha ətraflı videomüsahibədə:

VİDEO: Vüqar Xanlarov

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://report.az
archiveBu xəbər 12 Yanvar 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see180

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see135

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see128

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see127

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see125

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see123

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see122

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see122

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see120

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see120

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see120

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see118

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see118

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see117

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see117

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see116

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see111

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

16 Aprel 2025 00:19see108

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

15 Aprel 2025 19:33see108

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

15 Aprel 2025 19:37see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri