Icma.az
close
up
RU
Vurulan qatarda məşhurlar da varmış

Vurulan qatarda məşhurlar da varmış

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Rusiya Ordusunun Ukraynanın Volın vilayətində, Polşa sərhədindən 2 kilometr məsafədə pilotsuz uçuş aparatı (PUA) ilə lokomotivinə zərbə endirdiyi sərnişin qatarında Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson və Almaniya kansleri Fridrix Mertsin müşavirlərindən Günter Zautter olub.

Lent.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri mənbələrinə istinadən məlumat yayıb.

“Ukrzaliznitsya”nın məlumatına görə, Polşa sərhədindən 2 kilometr məsafədə sərnişin qatarının lokomotivinə zərbə endirilib. Nəşrin məlumatına əsasən, Mertsin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşavir olan Günter Zautter Kiyevdən Polşa istiqamətində hərəkət edən bu qatarda olub.

Qatar səhər saat 5 radələrində Polşa sərhədinin yaxınlığında dayanıb. PUA hücumları səbəbindən sərnişinlərin bir hissəsi təxliyə edilib.

Nəşr qeyd edib ki, Zautter Kiyevdə Böyük Britaniya, Fransa və İtaliyanın təhlükəsizlik məsələləri üzrə müşavirləri, eləcə də Ukrayna hökuməti ilə birlikdə Rusiya ilə mümkün sülh danışıqlarını müzakirə edib. Sentyabrın 12-də o, Kiyevdə beynəlxalq təhlükəsizlik konfransında iştirak edib.

Zautterdən başqa, qatarda digər Avropa hökumətlərinin təhlükəsizlik məsələləri üzrə müşavirləri, Bundestaq deputatları, diplomatlar və alimlər də olub. Boris Conson da konfransdan sonra bu qatarla Polşaya qayıdırmış.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Sentyabr 2026 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri