Icma.az
close
up
RU
Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, i.e.d., professor Vüsal Qasımlı  Oksford Universitetində keçirilən “Human‑Algorithm Interaction Workshop” (İnsan-alqoritm qarşılıqlı əlaqəsi) tədbirində məruzə ilə çıxış edib. Tədbirdə dünyanın aparıcı universitetlərinin professorları,  rəqəmsal texnologiyalar və süni intellekt sahəsində beynəlxalq şirkətlərin nümayəndələri və mentorlar iştirak ediblər. 

Vüsal Qasımlı  “Dövlət proqramlarının idarə olunmasında süni intellektin tətbiqi” (Azərbaycan nümunəsində) mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanda dövlət proqramlarının idarə olunmasında institusional struktur,   rəqəmsallaşdırılmış monitorinq və qiymətləndirmə sistemi və bu sahədə İİTKM tərəfindən yaradılan “Layihə idarəetməsi” modulu barədə məlumat verilib. Vüsal Qasımlı insan qərarları ilə alqoritm sistemləri arasındakı dinamik qarşılıqlı əlaqəni dövlət idarəetməsi və institusional kontekstdə şərh edib. 

İİTKM-in icraçı direktoru vurğulayıb ki, Azərbaycanda dövlət proqramları sistemli şəkildə hazırlanır, Prezident sərəncamı ilə təsdiq olunur və nəticəyönümlü idarəetmə əsaslı mexanizmlərlə müşayiət edilir. Bu prosesin əsas əlaqələndirici institutu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir. O bildirib ki, Mərkəz tərəfindən dövlət proqramlarının icrasının monitorinq və qiymətləndirilməsi müasir rəqəmsal metodlarla aparılır, məlumatlar elektron formada toplanır və təhlil olunur.  İİTKM tərəfindən yaradılan rəqəmsal portalların funksionallığı, real vaxt rejimində məlumat axını, interaktiv hesabatlar və prosesləri canlı izləmə imkanları konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. 

Təqdimatda rəqəmsallaşdırılmış monitorinq sistemləri, “Böyük Qayıdış” və “Azərbaycan 2030” portallarında tətbiq olunan süni intellekt həlləri, “Kiborg və Sentavr” modelləri üzrə strateji yanaşmalar müzakirə olunub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bu sahədə aldığı beynəlxalq mükafatlar və Azərbaycanın rəqəmsal idarəetmə üzrə innovativ liderliyi diqqətə çatdırılıb.

Oksford Universitetinin “Saïd” Biznes Məktəbində  üç gün davam edən konfransın məqsədi insan və alqoritmlərin qarşılıqlı təsirini biznes, hökumət və cəmiyyət kontekstində araşdırmaq, etik yanaşmaları, innovasiya və süni intellektin sosial təsirini müzakirə etməkdir. 

Tədbirdə Oksford Universitetinin professorları və süni intellekt üzrə dünyanın nüfuzlu tədqiqatçıları, “PwC”, “Colt Technology”, “RAKBANK”, “Durham University” və “TU Munich” kimi qurumların nümayəndələri, aparıcı akademik jurnalların redaktorları çıxış ediblər. 

“Human-Algorithm Interaction Workshop 2025” tədbiri süni intellektin sosialyönümlü və məsuliyyətli inkişafını təşviq edən beynəlxalq platformadır. Təşkilatçılar bu təşəbbüsün növbəti illərdə daha geniş miqyasda davam etdiriləcəyini və akademik-texnoloji əməkdaşlığın gücləndiriləcəyini bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 İyul 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri