Icma.az
close
up
RU
Vüsal Qasımlı: Peşə təhsili müəssisələrini bitirənlərin sayı 15 min nəfəri ötüb

Vüsal Qasımlı: Peşə təhsili müəssisələrini bitirənlərin sayı 15 min nəfəri ötüb

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"2030-cu ilə qədər əmək bazarında tələb olunan səriştələrin təxminən 30 faizi dəyişəcək".

Oxu.Az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi "PeşəFest"in yekun tədbirində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, süni intellekt, robototexnika və digər müasir texnologiyalar əmək bazarında yeni bacarıqlara ehtiyacı artırır. Bu səbəbdən peşə təhsilinin məzmunu yeni tələblərə uyğunlaşdırılmalıdır.

V.Qasımlı bildirib ki, 2024-cü ildə Azərbaycanda peşə təhsilinə qəbul olanların sayı 26 min nəfərə çatıb, bu da əvvəlki illə müqayisədə 17 faiz çoxdur. Peşə təhsili müəssisələrini bitirənlərin sayı isə 15 min nəfəri ötüb.

V.Qasımlı əlavə edib ki, hazırda 1 500 peşə standartı təsdiqlənib və 2026-cı ilin sonuna qədər bu sayın 1800-ə çatdırılması planlaşdırılır. Eyni zamanda, 25 ixtisas üzrə peşə təhsili tanınıb, gələn il bu göstəricinin 35-ə yüksələcəyi gözlənilir.

O vurğulayıb ki, gələcəkdə peşə təhsili daha çox süni intellekt və data analitikası kimi sahələrə əsaslanacaq:

"Təhsil sistemi artıq fərdiləşdirilmiş modelə çevrilir. Süni intellekt texnologiyaları sayəsində hər bir tələbəyə fərdi öyrənmə imkanı yaradılacaq".

Məhərrəm Əliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri